Samux rayonu üzrə əhalinin tibbi müayinəsi uğula başa çatdırıldı.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 11-dən başlanan əhalinin tibbi müayinəsi və dispanserizasiyası Samux rayonunda da uğurla başa çatdırıldı.
Müayinənin başladığı 11.02.2019-cu il tarixdən hazırki vaxtadək 35 yaşayış məntəqəsinin əhalisi tibbi müayinəyə cəlb edilmiş və 35 yaşayış məntəqəsində müayinə tam başa çatdırılmışdır. Müayinələr zamanı 32773 nəfər tibbi müayinədən keçmiş əhalidən, 1358 nəfərdə müxtəlif xəstəliklər aşkar edilərək ambulator müalicəyə cəlb edilmiş, 226 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərlimiş və 104 nəfər xəstə isə Samux MRX-na stasionar müalicəyə göndərilmişdir. Samux rayonu üzrə əhalinin tibbi müayinəsi uğula tam başa çatdırıldı.