Samuxda “Şuşa bizi gözləyir” adlı tədbir keçirildi.
08.05.2019-cu il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycanımızın ayrılmaz parçası olan Qarabağımızın dilbər guşələrindən olan Şuşanın işğal günü ilə bağlı “Şuşa bizi gözləyir” adlı tədbir keçirildi. Məktəblilər öncə muzeyin ekspozisiya zalı və virtual xətirə ilə tanış oldular. Bələdçi tərəfindən uşaqları maraqlandıran suallara cavab verildi və məlumatlandırıldılar. Daha sonra tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygül Cabbarova Şuşanın işğalı ilə bağlı çıxış etdi. O çıxışında bildirdi ki, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Xurşidbanu Natavanlar, Üzeyir Hacıbəyovlar, Bülbüllər, Seyid Şuşinskilər və.s saymaqla bitməyəcək korifeylər yetişdirən Şuşamız Qafqaza xüsusən də Azərbaycana Türkmənçay və Gülüstan müqavilələrindən sonra köçürülən köksüz, bağsız vandal ermənilər Şuşamızı işğal etmişlər. Lakin günü-gündən güclənən ordumuz çox yaxın zamanda Şuşamızı yenidən işğalçılardan təmizləyəcəyinə əminik. Mövzu ətrafında çıxışlarını davam etdirən Samux rayon Heydər Əliyev Mərkəzinin fond müdiri Raziyə Qasımova həmçinin Gülay Namazova çıxışlarını mövzu ətrafında davam etdirdilər. Daha sonra mərkəzimizin ziyarətçiləri virtual olaraq Şuşamıza səyahət etdilər. Onlar Şuşayla bağlı film izlədilər. Film bitdikdən sonra “Qarabağ bizimdir bizim olacaq” şüarları səsləndirildi.