Heydər Əliyevin ömür yolu milli dövlətçilik salnaməsinə qızıl hərflərələ yazılan tarixdir
8 may 2019-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı YAP Samux rayon təşkilatının və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin ömür yolu milli dövlətçilik salnaməsinə qızıl hərflərələ yazılan tarixdir” mövzusunda konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi. Natiq qeyd etdi ki, XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş etmişdir.Xalqımızın dahi şəxsiyyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhs belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddaratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.
Sonra konfransda rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək bildirdi ki, Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Bu dahi şəxsiyyətin müyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur və xöşbəxtlik gətirir. Dahi rəhbər vaxtilə demişdir: “Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam ”. O doğrudanda həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi isə xalqın qəlbindədir.
Daha sonra tədbirdə çıxış edən Samux rayon İHBA-nın təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Kəmalə Xəlilova dahi lider Heydər Əliyevin şərəfli ömür yolundan,Vətənimiz qarşısında tarixi xidmətlərindən söz açdı.
Konfransda çıxış edən Yuxarı Ağasbəyli kənd tam orta məktəbin müəllimi Əfqanə Ümmani, Samux rayon Təhsil Şöbəsinin metodisti Laçın Abbasova və Samux şəhər 1 saylı məktəb-liseyin müəllimi Aysən Cəfərova Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və
xarici siyasətdən danışdılar. Qeyd etdilər ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir və buna görə Azərbaycan Avropanın önəmli tərəfdaşına çevrilir.