Samux idmançılarından daha bir möhtəşəm qələbə !
07 may 2019 | 16:00
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019-cu il üçün vahid idman təqvim planına əsasən 03-05 may 2019-cu il tarixlərdə Qəbələ Olimpiya İdman Kompleksində muay-tay idman növü üzrə təşkil olunan yarışda Samux Kikboksinq Klubunun yetirmələrindən 5 nəfər qızıl, 1 nəfər gümüş, 4 nəfər isə bürünc medal qazandılar. Məmmədov Raul , Əhmədzadə Nurlan, Vəliyev Atın, Məmmədov Məsim, Alıyev Nicat 1-ci, Mustafayev Nərman 2-ci, Hüseynov Hüseyn , Hüseynov Nicat, Süleymanov Zamiq, Əliyev Ruslan 3-cü yerə layiq görülərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən medal və fəxri fərmanlarla təltif edildilər. İdmançılarımızı təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.