Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında mini-futbol və şahmat turnirlərinə start verildi.
7 may 2019-cu il tarixdə YAP Samux rayon təşkilatının, rayon Təhsil Şöbəsinin və Samux rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə məktəblilər arasında mini-futbol və şahmat turnirlərinə start verildi.
Açılış tədbirini giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən ətraflı bəhs etdi. Ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” tezisini xüsusi vurğulyaraq dahi şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılrının nəzərinə çatdırdı və mini-futbol və şahmat yarışı iştirakçılarına uğurlar arzuladı.
Mini- futbol turnirində 21 komanda yarışacaq, şahmat turnirində isə Uşaq-Gənclər Şahmat məktəbinin 8,10,12 və 14 yaş qrupunda oğlanlar və qızlar mübarizə aparacaqlar.
Sonda qalib komandalar mükafatlandırılacaqlar.






