Samuxda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar bilik yarışı keçirildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatının və rayon Təhsil Şöbəsinin birgə tədbirlər planına uyğun olaraq 06 may 2019-cu il tarixdə ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirildi
Tədbiri giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən ətraflı bəhs etdi. Ümummilli lider H.Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” tezisini xüsusi vurğulyaraq dahi şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılrının nəzərinə çatdırdı və “Bilik yarışı” –nın iştirakçılarına uğurlar arzuladı.
Bilik yarışında hər məktəbin komandasında beş nəfər olmaqla 23 məktəbin şagirdləri iştirak etdilər. Sualların əksəriyyəti Ulu Öndər H.Əliyevin həyat və fəaliyyətinə həsr edilmişdir.
Gərgin keçən yarışda öz bilik səviyyəsi ilə digər məktəblərdən fərqlənən Samux şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, İnstitut qəsəbə tam orta məktəbin komandası isə II yerə,Qovlarsarı kənd tam orta məktəbin komandası isə III yerə layiq görüldü. Qalib gələn hər üç komandaya Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.