Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Mahir Nişançı" güllə atıcılığı üzrə rayon birinciliyi keçirildi.

04 may 2019 | 16:00

Seyidlər kənd tam orta məktəbdə Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi və Təhsil Şöbəsinin birgə təşkilatşılığı ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Mahir Nişançı" güllə atıcılığı üzrə rayon birinciliyi keçirildi. Təbdirdə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Samux rayon bölməsinin həmçinin Əfqanıstan Müharibəsi Veteranlar Şurasının nümayəndələri də iştirak edirdi. Yarışın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyev irsinin gənclər arasında təbliği, gənclərdə vətənpərvərlik ruhunun yüksəltmək, güllə atıcılığı idman növünün gənclər arasında inkişaf etdirmək, yarışda rayonun yığma komandasını formalaşdırmaq idi. Maraqla qarşılanan yarışın nəticəsinə görə 1-ci yerə Samux şəhər 3 saylı tam orta məktəb komandası, 2-ci yerə Lək kənd tamorta məktəb komandası, 3-cü yerə ilə Samux şəhər 2 saylı tam orta komandası və Sərkar kənd tam orta komandası layiq görüldü. Qaliblər təşkilatçılar tərəfindən diplom, medal və kubokla mükafatlandırıldılar.

Keçidlər