Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sarıqaya kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

03 may 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Sarıqaya    kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov,  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Sarıqaya       kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Muxtar Yaşıl oğlu  Yararsız elektrik naqillərinin  və qəzalı dayaqların dəyişdirilməsini təklif etdi.
  2. Abbasova Tahirə Qənbər qızı 70 ha pay torpaq sahələrini suvarılması üçün yeni  bir ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
  3. Mustafayev Nuru Əziz oğlu Gəncə çayından qaldırılmış dəhnədən əhalinin pay torpaqlarının suvarılması üçün istifadə edilən baş su arxlarının işlənilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər