Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi
Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 8 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 2 nəfər minnətdarlıq ilə bağlı, 3 nəfər torpaq ilə bağlı, 2 nəfər məşğulluq ilə bağlı və 1 nəfəri isə sosial yardım işıq pulu ilə bağlı müraciət etmişdir.
Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir