YAP Samux rayon təşkilatı Qadınlar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş dəyirmi masa keçirdi
02 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Qadınlar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş toplantı keçirdi. Tədbirdə YAP Qadınlar Şurası rayon təşkilatının üzvləri və rayonun aktiv qadınları iştirak etdi.
Tədbirdə YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri, Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova çıxış edərək görkəmli şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan, dövlətçilik qarşısındakı xidmətlərindən danışaraq bildirdi ki, müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunədir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır. Ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırlatmaq məcburiyyətində qoyur: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.» Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməl formalaşdırdı.
Sonra YAP Samux rayon təşkilatının Aparat rəhbəri Sevinc Xəlilova çıxış edərək qeyd etdi ki, Ümummilli liderimiz fəaliyyəti dövründə qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə xüsusi fərmanla Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Ulu öndər Heydər Əliyev fəaliyyəti boyu daima çalışmışdır ki, Azərbaycanın hər bir vətəndaşı azad, sərbəst yaşasın və daima öz rifahını yaxşılaşdırmaq imkanları olsun. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabahaLinamlaLaddımlayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.
Tədbirdə çıxış edən rayonun ziyalı qadınları, fəal YAP üzvləri Məhəbbət Şükürova, Əfqanə Babayeva, Ülviyyə Salmanova Ulu öndər haqqında öz ürək sözlərini bildirərək vurğuladılar ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlıdır.