Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qovlarsarı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qovlarsarı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qovlarsarı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əsədov Akif Nadir oğlu 30 ha pay torpaq sahəsində 1(bir) ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
2. Zamanov Ziya Azər oğlu kənd ərazisində elektrik naqillərinin yenisi ilə əvəz olunmasını və qəzalı dirəklərin yenisi ilə dəyişdirilməsini xahiş etdi.
3. Qafarov Natiq Sabir oğlu Qovlarsarı kəndi ərazisində əhaliyə verilən qaz təziqinin az olmasını bildirdi və köməklik göstərilməsinə xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.