Samux rayonunda ötən illərə nisbətən tərəvəzçiliyə maraq artıbdır.
29 aprel 2019 | 16:00
Samux rayonunda kənd təsərrüfatı məhsullarının istehsalında tərəvəzçiliyin xüsusi yeri vardır. 2018-ci ildə rayon üzrə 710 hektar ərazidə tərəvəz bitkiləri əkilmişdir və 12818.5 tondan artıq məhsul istehsal edilmişdir. Xüsusən də faraş tərəvəz bitkiləri əhalinin bu sahəyə dahada maraqlı olmasında çox böyük rol oynayır. Rayonda istehsal olunan məhsullar ölkə daxilində və xarici ölkələrdə satılır. 2019-cu ilin I rübündə 617 hektar tərəvəz bitkiləri əkilmişdir. Yazlıq əkin başa çatmadığından və payızlıq əkin hələ başlamadığından bu rəqəmin ötən ilə nisbətən artacağı gözlənilir.