Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin kitablarından ibarət sərgi keçirildi.

16 aprel 2019 | 16:00

16.04.2019-cu ildə Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq, Samux rayon Heydər Əliyev Mərkəzinin illik iş planına əsasən Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin kitablarından ibarət sərgi keçirildi. Sərgidə rayon məktəbliləri iştirak etdilər. Mərkəzin bələdçisi Nəsibə Məmmədova və elmi işçi Aygül Cabbarova uşaqlara İmadəddin Nəsimi bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şair olmasından, onun yaradıcılığının insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsində müstəsna rol oynamasından geniş danışdılar. Onun bütün zamanlarda olduğu kimi, indi də zəngin irsi, hər bir insana anladır ki, mənəvi-əxlaqi ideayaları qorumaq, yaşatmaq və inkişaf etdirmək lazımdır.

Keçidlər