Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbir keçirildi

13 aprel 2019 | 16:00

13.04.2019-cu il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidentinin 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbir keçirildi. Heydər Əliyev Mərkəzinin elmi işçisi Cabbarova Aygül çıxış edərək vurğuladı ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Çıxışlarını davam etdirən Samux rayon Heydər Əliyev Mərkəzinin fond müdiri Raziyə Qasımova, Samux rayon Mərkəzi Kitabxananın Ziyadlı kənd filialının direktoru Laləzar Məmmədova, Zenfira Qılıcova qeyd etdi ki, C.Cabbarlının dramaturgiya sahəsindəki yaradıcılıq fəaliyyətini ilk dram əsərlərindən başlamış son pyesinə qədər yeni qəhrəman axtarışı və kəşfi kimi səciyyələndirmək olar, «Aydın», «Oqtay Eloğlu», «Od gəlini» əsərləri dramaturqun bu sahədəki yeni nailiyyətləri hesab olunmalıdır. «Aydın» və «Oqtay Eloğlu» pyeslərinin hər ikisində varlılar və yoxsullar arasındakı uçurum, pulun, var-dövlətin insan cəmiyyətindəki pozucu rolu açılıb göstərilmişdir. Həm Aydın, həm də Oqtay ağıllı, istedadlı və bacarıqlı gənc ziyalılardır. Lakin pulun, sərvətin hakim mövqe tutduğu bir cəmiyyətdə onlar özlərindən qat-qat güclü olan mənfi qüvvələrlə mübarizə apara bilmir, məğlub olurlar. C.Cabbarlının bu qəhrəmanları mübariz olmasalar da, onların həmin cəmiyyətlə barışmaz mövqedə durması bu surətlərin müsbət cəhəti kimi qiymətləndirilməlidir.

Keçidlər