Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "Oxu günü" tədbiri keçirildi.

23 aprel 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində Samux rayon Təhsil Şöbəsi ilə birgə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi "Oxu günü" tədbiri keçirildi. Tədbirə həmçinin Samux rayon Gənclər və İdman İdarəsi, Samux rayon Qarabağ müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri İctimai Birliyi, Samux rayon Ağsaqqallar şurasının da iştirakı ilə tədbirin daha canlı keçməsinə səbəb oldu. Tədbirə gələnlər ilk olaraq ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillərlə Samux rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Nəsibə Məmmədova və elmi işçi Aygül Cabbarovanın bələdçiliyi ilə tanış oldular. Onlar uşaqların suallarını cavablandırmaqla yanaşı həm də Ulu öndər Heydər Əliyevin xüsusən uşaqların oxuması üçün göstərdiyi fədakarlıqlardan bəhs etdilər. Güclü dövlətimizin olması üçün güclü savad toplamağın və dünya görüşünə malik olmağın zəruriliyini vurğuladılar.
Samux rayon məktəblərinin şagird və müəllim kontingentinin dünya və Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən hazırlanmış səhnəciklər, şeirlər, dialoqlar, kitab sərgisi tədbirə ayrıca bir rəng qatırdı. Şagirdlər xüsusi həvəslə oxuduqları kitablar onların personajları, sevimli qəhrəmanlarının üstün cəhətlərini izah etməklə sanki kitabları canlandırırdılar.

Keçidlər