Samuxda İsmayıl Şıxlının yaradıcılığında “tarixilik və millilik” mövzusunda seminar keçirildi.
26.04.2019-cu ildə Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən İsmayıl Şıxlının yaradıcılığında “tarixilik və millilik” mövzusunda seminar keçirildi. Tədbiri açıq elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışında vurğuladı ki, İsmayıl Şıxlı müxtəlif xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsi olduğunu bildirdi. Çıxışları Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygül Cabbarova, fond müdiri Raziyə Qasımova, tarixçi Afərin Namazova və Gəncə Dövlət Universitetinin Ədəbiyyat fakültəsinin tələbəsi Nurtəkin Qarayeva davam etdirdilər. Tədbirin sonunda “Dəli Kür” bədii filmi izlənildi.