Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Qan yaddaşımızdır

15 yanvar 2014 | 16:00

Samux şəhər M.Ə.sabir adına 01 saylı məktəb – liseydə 15 yanvar 2014 – cü il tarixdə 20 Yanvar şəhidlərinin 24 – cü il dönümü xatirəsinə həsr olunmuş “Torpaq – uğrunda ölən varsa, vətəndir” adlı tədbir keçirildi. Əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə məktəbin təşkilatçı müavini Ələkbərova Əfqanə açaraq o “Müthiş yanvar gecəsi” , Sovet qoşunlarının amansız qətilləri, müstəqillik uğrunda canlarını qurban vermiş şəhidlərimiz haqqında geniş məlumat verdi.
Şagirdlər “Şəhidlər yuxuma girdi” adlı ədəbi kompazisiya ilə çıxış etdilər. IVb sinif şagirdi Paşayeva Jalə şəhid tələbə Ülvi Bünyadzadənin “Vətən üçün ölməliyik” şerini dərin hüznlə söylədi. IV sinif şagirdlərinin ifasında “Şəhidlər”, “Qərənfil dənizi”, “Şəhidlər Xiyabanı”, “Xalqımın səsi” adlı şerlər söylənildi.
Məktəbin müəllim və şagirdləri 20 Yanvar Şəhidlərinin xatirəsini daim xatirələrində yad edəcəklər.

Keçidlər