Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20-ci il dönümünə həsr olunmuş elmi- praktik konfrans

11 oktyabr 2011 | 15:00

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 21.01.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 11.10.2011-ci il tarixdə elmi-praktik konfrans keçirilmişdir. Konfransda Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmələr fakültəsinin dekanı Fəlsəfə elmləri doktoru Elman Nəsibov və akademiyanın müəllimi, Tarix elmləri namizədi Sakit Əliyev iştirak edirdi. Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar ulu öndərin abidəsi önünə və Samux şəhidlər kompleksinə gül-çiçək qoydular və Müstəqillik gününə həsr olunmuş rəsm sərgisində iştirak etdilər.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, qonaqlar Sakit Əliyev, Elman Nəsibov və Qarayeri qəsəbə 1 saylı məktəb-litseyin müəllimi Göyçək Namazova çıxış etdi.
Konfransın sonunda “Müstəqilliyimiz qürur mənbəyimizdir” inşa yazı müsabiqəsinin, rəsm sərgisinin və idman yarışlarının qalibləri mükafatlandırılmış, YAP üzvülüyünə qəbul edilmiş bir qrup gəncə partiya biletləri təqdim edilmiş və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş şəxslər Fəxri fərmanla təltif edilmişdir.
 

Keçidlər