Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi komissiyanın növbəti iclası keçirildi.

26 aprel 2019 | 16:00

26.04.2019-cu il tarixində Samux Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi komissiyanın növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə və təşkilat rəhbərləri iştirak edirdilər.
Çıxış nitqi ilə iclası açıq elan edən Samux Rayon İcra Hakimiyyəti Başçısı, cənab Alı Qocayev ölkəmizdə işsizliyin aradan qaldırlması üçün həyata keçirilən işlərdən danışdı. Məşğulluğun təmin edilməsi sahəsində  yaradılmış şəfafflıq rayonumuzda da öz nəticəsini verir. Belə ki, rayonumuz üçün ayrılmış ictimai işlərə cəlb edilmiş işçilərə “DOST İŞ MƏRKƏZİ ” MMC və Samux Rayon İcra Hakmiyyəti tərəfindən çox ciddi nəzarət edilir. Samux rayonuna 295 nəfər ictimai iş yeri ayrılmışdır. 292 nəfər işlə təmin edilmiş və yerdə qalan 3 nəfərlik yer üçündə vakansiya elan edilmişdir. İşə qəbul edilmiş rayon sakinləri ilə əmək müqaviləsi bağlanmış və iş planına uyğun olaraq dislokasiya olunmuşdur. Artıq hər bir işçi təhkim olunduğu təşkilatı, iş yerini və görəcəyi işin nədən ibarət olduğunu bilir.
Daha sonra çıxış edən  Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov  bildirdi ki, cənab prezidentimiz  İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramlarının  xalqımızın sosial-rifahının yaxşılaşdırılmasında çox böyük rolu vardır. Dünyanın heç bir ölkəsində əhalinin məşğulluğunun təmin edilməsi üçün bu qədər işlər görülməmişdir.
Samux Rayon Məşğulluq Mərkəzinin Direktoru Rüstəm Qasımov çıxışında qeyd etdi ki, Samux rayonu üzrə ictimai işlərə cəlb olunma işləri tam şəfaff bir şəraitdə həyata keçirilir. istənilən rayon sakini tərəfindən mərkəzə daxil olmuş müraciət operativ olaraq yerindəcə araşdırılır və sənədləri qaydasında olanlara göndərişlər verilib işlə təmin olunurlar.

Keçidlər