Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatının Gənclər Birliyinin III konfransı keçirildi.

24 aprel 2019 | 16:00

Bu gün  YAP Samux rayon təşkilatının Gənclər Birliyinin III konfransı keçirildi. Konfransda qonaq qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev  iştirak edirdi.Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri düzdülər.
Sonra konfrans öz işinə başladı. Himn səsləndirildi.Konfransı giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından, YAP Gənclər Birliyinin yaranma tarixindən  və onun nailiyyətlərindən danışdı.Sonra sözü hesabat məruzəsi ilə çıxış etmək üçün YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Arif Ağayevə verdi.Hesabat məruzəsində Gənclər Birliyinin sədri təşkilatın ötən konfransdan bəri gördüyü işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına geniş məlumat verdi. A.Ağayev vurğuladı ki, YAP Samux rayon təşkilatının 5483 nəfər üzvünün 1697 (30.9 %) nəfərini gənclər təşkil edir.
Daha sonra məruzə ətrafında çıxış edən gənc partiya fəallarından  Nuridə Həsənova, Ülviyyə Salmanova və Rasim İmamquliyev çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını,ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdə olduğunu bildirdilər.Onlar vurğuladılar ki,  bu illərin ən böyük qələbəsi Heydər Əliyev siyasi xəttinin təntənəsidir və hazırda bu xətti ulu öndərin layiqli davamçısı Azərbaycan xalqının, Azərbaycan gənclərinin sevimlisi Prezident İlham Əliyev uğurla davam etdirir.
Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif  Həmzəyev çıxış edərək qeyd etdilər ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur.Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Konfransda YAP Samux rayon təşkilatının Gənclər Birliyinin 9 nəfərdən ibarət şura üzvləri, 5 nəfərdən ibarət  idarə heyətinin üzvləri seçildi. Konfrans iştirakçıları səsvermə yolu ilə Qurban Həsənovu YAP Samux rayon Gənclər Birliyinin sədri və Rəşid Şabanovu isə sədr müavini seçdilər.Yeni sədr və müavin həm də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin konfransına nümayəndə seçildilər.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Bununla da konfrans öz işini başa çatdırdı.

Keçidlər