Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qaraağaclı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

23 aprel 2019 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Qaraağaclı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qaraağaclı  qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Musayev Namiq Xançoban oğlu  Köbər kəndi ərazisindən keçən direnaj kanalının lildən təmizlənməsini xahiş etdi.
2. Lətifov Səhrab Qasım oğlu qurlaşdırılmış  yeni su nasosunun qarşısından keçən  baş su arxının işlənilənərək  təmizlənməsini xahiş etdi
3. Ağayev Hüseynxan Yusif oğlu isə qəsəbə ərazisində bir ədəd Benəlxalq Bankın  bankomatın qoyulmasını xahiş etdi 
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər