Samuxda “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd olundu.
18.04.2019-cu il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində hər il bütün dünyada aprelin 18-i “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunması ilə bağlı tədbir keçirildi. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Samux rayon Heydər Əliyev Mərkəzində münasibətilə 18 aprel “açıq qapı günü” elan edilmişdir. Muzeyimizi ziyarətə gələn rayon sakinləri, məktəblilər ulu öndər Heydər Əliyevin sərgilənən fotolarıyla tanış oldular. Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygül Cabbarova, Məmmədova Nəsibə, Əliyeva Gülnur mövzu ətrafında çıxışlar etdilər. Elmi işçi Aygül Cabbarova öz çıxışında ümummilli lider Heydər Əliyevin daim tariximizə duyduğu qayğıdan geniş bəhs etdi. O vurğuladı ki, ulu öndər hələ Sovetlər birliyi vaxtından abidələrimizə xüsusi həssaslıqla yanaşmışdır. Örnək olaraq dahi Nizami Gəncəvinin, Hüseyn Cavidin, Vaqifin məqbərəsinin tikintisini və yüzlərlə bunun kimi faktları bu deyilənlərə misal göstərmək olar.
Çıxışlardan sonra 3D otağında tarixi abidələrimizin şəkilləri və onlar haqqında məlumat verən sənədli film və İrəvanda, Qarabağımızda erməni vandalizminə məruz qalmış abidələrimiz haqqında videoçarx izləndi. Daha sonra iştirakçılardan hər kəs çox sevdiyi abidə haqqında danışıb digər yoldaşlarını məlumatlandırdı.