31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olundu
29 dekabr 2013-cü il tarixdə Samux rayonunda Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının yeni inzibati binasının akt zalında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə geniş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Samux rayonu İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev rayon ictimaiyyətini bayram münasibətilə təbrik etdi. 2013-cü ildə rayonun sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində əldə edilmiş uğurlardan və eləcə də həyata keçirilən sosial infrastruktur layihələr barədə ətraflı danışdı. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında 2014-cü ildə də rayonunun bütün sahələrində gedən sürətli inkişaf öz axarı ilə davam edəcəkdir.