Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən şuranın növbədənkənar iclası keçirildi.

12 aprel 2019 | 16:00

12.04.2019-cu il tarixində Samux Rayon İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən şuranın növbədənkənar iclası keçirildi. Gündəlikdə duran məsələ:  “Sosial şəbəkələrdə müxalifət tərəfindən əhalinin məşğulluğu ilə bağlı Azərbaycan Respublikasının ünvanına  səsləndirilən böhtan xarakterli fikirlərdir”
Çıxış nitqi ilə şuranı açıq elan edən Samux Rayon İcra Hakimiyyəti Başçısı, cənab Alı Qocayev bu məsələnin ölkəmizin inkişafına kölgə salmaq üçün atılmış növbəti bir addım olduğunu bildirdi. Bu sahədə yaradılmış şəfafflıq ölkəmizin inkişafını görmək istəməyən qüvvələri çox narahat etdiyindən sosial şəbəkələrdə qərəzli yazılarla çıxış edirlər. Rayonumuz üçün ayrılmış ictimai işlərə cəlb edilmiş işçilərə “DOST İŞ MƏRKƏZİ ” MMC və Samux Rayon  İcra Hakmiyyəti tərəfindən çox ciddi nəzarət edilir.  Samux rayonuna 295 nəfər ictimai iş yeri ayrılmışdır. 195 nəfər işlə təmin edilmiş və yerdə qalan 100 nəfərlik yer üçündə vakansiya elan edilmişdir. İşə qəbul edilmiş rayon sakinləri ilə əmək müqaviləsi bağlanmış  və  iş planına uyğun olaraq dilokasiya olunmuşdur. Artıq hər bir işçi təhkim olunduğu təşkilatı, iş yerini və görəcəyi işin nədən ibarət olduğunu bilir.
Daha sonra çıxış edən Samux Rayon İcra Hakimiyyəti Başçısı aparatının  Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri-Başçının müavini Qəzənfər Əliyev bildirdi ki, belə hallar ölkə rəhbəri, cənab İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramlarını görüb gözü götürməyən vətənxainlərinin  arzuolunmaz işləridir. Rayon sakinləri belə halları pisləyirlər.
Samux Rayon Məşğulluq Mərkəzinin Direktoru Rüstəm Qasımov çıxışında qeyd etdi ki,  Samux rayonu üzrə ictimai işlərə cəlb olunma işləri tam şəfaff bir şəraitdə həyata keçirilir. İstənilən rayon sakini tərəfindən mərkəzə daxil olmuş müraciət operativ olaraq yerindəcə araşdırılır və sənədləri qaydasında olanlara göndərişlər verilib işlə təmin olunurlar.

Keçidlər