Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir.

12 aprel 2019 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 11-dən başlanan əhalinin tibbi müayinəsi  və dispanserizasiyası  Samux  rayonunda da mütəşəkkil qaydada həyata keçirilir.
Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 11.02.2019-cu il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır. Müayinənin başladığı 11.02.2019-cu il tarixdən hazırki vaxtadək 26 yaşayış məntəqəsinin əhalisi  tibbi müayinəyə cəlb edilmiş və 22 yaşayış məntəqəsində müayinə tam başa çatdırılmışdır.   Müayinələr zamanı 22063  nəfər  tibbi müayinədən  keçmiş  əhalidən, 960 nəfərdə müxtəlif xəstəliklər aşkar edilərək ambulator müalicəyə cəlb  edilmiş,142 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərlimiş və  71 nəfər xəstə isə Samux MRX-na stasionar müalicəyə göndərilmişdir.  Qalan müddət ərzində də tibb kollektivimiz müayinənin daha yüksək səviyyədə aparılmasını  təmin etmək üçün əlindən gələni əsərgəmiyəcək.

Keçidlər