Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibəti ilə Samux rayonunda tədbirlər keçirildi.
Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibəti ilə Samux rayonun uşaq baxçalarının həyətlərində ağacəkmə kompaniyası keçirildi. Baxçaların həyətlərinə ümumilikdə 1500-dən artıq həmişə yaşıl və meyvə ağacları əkildi.
Daha sonra YAP Samux Rayon Təşkilatının qarşısında Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə əlaqədar əhali yaş qrupuna daxil olanların, geniş ictimaiyyət nümayəndələrinin, gənclər və qadın təşkilatlarının qatıldığı böyük ümumrayon tədbiri keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşkil etdiyi, yüksək coşqunluq və fəallıq şəraitində keçirilən bayram tədbirində rayon gənclərinin nümayəndələri “Gözün aydın Azərbaycan, 10 milyonuncu vətəndaşın dünyaya gəldi!” devizi altında müxtəlif bədii-musiqili çıxışlar keçirmişlər. Çıxışlar tədbirə çoşqu və yeni xoş ovqat gətirmişdir.