Samux rayon Heydər Əliyev Mərkəzində “Aprel Fərmanı” adlı filmin təqdimatı keçirildi.
03.04.2019-cu il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində “Aprel Fərmanı” adlı filmin təqdimatı keçirildi. 01-04 Aprel 2016-cı il şəhidlərimizin əziz xatirələrini yad etmək həmçinin Samuxun Aprel şəhidi Fərman Əsədlinin xatirəsini əbədiləşdirmək məqsədilə Samux rayon Heydər Əliyev Mərkəzinin “Aranfilm” Yaradıcılıq Mərkəzi ilə birgə əməkdaşlığı quruldu. Uzun çəkən zəhmətin nəticəsi olaraq ərsəyə gələn xronometrajı 46 dəqiqə olan “Aprel Fərmanı” adlı sənədli filmin çəkilişlərinə 2019-cu ilin Fevral ayından başlanğıc verilib. Rejissoru Tahir Əliyev, Aydan Əhmədova, ssenaristi Yasəmən Quliyeva olan filmin ilk təqdimatı Samux Rayon Heydər Əlyev Mərkəzində baş tutdu.
Tədbirin giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova 01-04 Aprel 2016-cı il tarixinin Azərbaycanın tarixinə şanlı səhifə olaraq yazılmasından və Qarabağa qayıdışın təmməli olmasını vurğuladı. Bu şanlı tarixi öz qanları, canları bahasına qazanan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edildi. Mərkəzin direktoru filmin çəkilməsində yaradılan şəraitə görə Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevə və Samux rayon Təhsil şöbəsinə, başda ARB Aranın direktoru İqbal Məmmədəliyevə həmçinin filmin istehsalında böyük zəhməti olan “Aranfilm” Yaradıcılıq Mərkəzinin bütün yaradıcı heyyətə xüsusən Tahir Əliyevə minnətdarlığını bildirdi. Çıxışdan sonra film ilk dəfə ictimaiyyətə təqdim edildi. Zalda böyük həyəcanla və duyğulu anlarla izlənən film sonda tamaşaçılar tərəfdən ayaq üstə uzun müddətli alqışa layiq görüldü.
Filmin izlənməsindən sonra ilk söz şəhidin atası keçmiş hərbçi Elçin Əsədova verildi. O öz çıxışını “oğul Vətən üçündür” sözləri ilə açaraq vurğuladı ki, I Qarabağ savaşı zamanı əllərimlə evlərə yüzlərlə şəhid daşımışam mənim oğlum da həmin oğullardan biridir. Sonda bütün əsgərlərimizə ulu Tanrıdan rəhmət dilədi.
“Aranfilm” Yaradıcılıq Mərkəzinin və filmin rejissoru olan Aydan xanım Əhmədova da filmin çəkilməsi ilə bağlı fikirlərini bölüşdü. Bütün şəhidlərimizin xalqımızın hər bir nümayəndəsi üçün nə qədər dəyərli olduğunu vurğuladı.
Aprel savaşlarının bilavasitə iştirakçısı, Fərmanın şəhid olmasının canlı şahidi olmuş mayor Rəhimovun xatirələri, ordumuzun rəşadətindən bəhs etməsi nə qədər qürürverici olsa da şəhidlərimizə görə kövrək anlar yaşatdı. O, həmin 4 günlük müharibədə xalqla ordunun bir bütöv olmasından və buna misal olaraq da şəhid Fərman Əsədlidən danışdı. Sonda ordumuza qələbə şəhidlərimizə rəhmət dilədi.
Çıxışlar bitdikdən sonra 22.01.2019-cu il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin facebook səhifəsindən 01-04 Aprel 2016-cı il şəhidlərimizin əziz xatirələrini yad etmək həmçinin Samuxun Aprel şəhidi Fərman Əsədlinin xatirəsini əbədiləşdirmək məqsədilə verilmiş “Aprel zirvəsi” adlı ssenari müsabiqəsinin qaliblərinin qalibləri elan olundu.
I yerin qalibi – “Ürəyin çağrışı” adlı ssenarinin müəllifi Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəbin ədəbiyyat müəlliməsi- Həsənova Raminə Abdul qızı
I yerin şagirdlər arasında qalibi- “Bir igidin səkkiz guşəsi” adlı ssenarinin müəllifi Samux şəhər 3 saylı məktəbin 11-ci sinif şagirdi-İbrahimova Fatimə Sirac qızı
II yerin qalibi- “Öncə Vətən” adlı ssenarinin qalibi Gəncə Dövlət Universitetinin Ədəbiyyat fakültəsinin tələbəsi Əmiraslanova Xanım Asif qızı
III-yerin qalibi- “Bir şəhidin tarixçəsi” adlı ssenarinin müəllifi İsmayılova Günay - Samux şəhər 3 saylı məktəbin müəlliməsi
Qaliblər Samux rayon Heydər Əliyev Mərkəzinin diplomları ilə təltif olundular. Həmçinin etdikləri əməkdaşlığa görə Samux rayon Heydər Əliyev Mərkəzi adından “Aranfilm” Yaradıcılıq Mərkəzinə “Təşəkkürnamə” təqdim edildi.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova gələn il Aprel şəhidlərimizin anım gününü Xocalıda, Şuşada, Xankəndində və digər işğal olunmuş rayonlarımızda “Aprel şəhidləri” mizə ucaldılmış abidələrinin önündə “Aprel qələbəsi” günü olaraq qeyd etməyi arzuladı. Tanrıdan bütün şəhidlərimizə rəhmət dilədi. O uca ruhları darşısında sonsuzadək baş əydiyini vurğuladı.