Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

03 aprel 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Əhmədbəyli    kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Mirağa Nüsrəddin oğlu  çox mənzilli yaşayış binasının  kanalizasiya sisteminin yenisi ilə əvəz edilməsini xahiş etdi.
  2. Bağırov Muraz Amil  oğlu  pay torpaq sahəsinə gedən yolun zəbt olunduğunu bildirmiş və açılmasına köməklik göstərilməsini xahiş etdi.
  3. Bayramova Hörmət Kamil qızı isə Yaşayış evinin qarşısındakı  elektrik dirəyinin yenisi ilə əvəz edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər