Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbdə şair, yazıçı , qabaqcıl maarif xadimi 2 saylı məktəbin müəllimi Gəray Bayramovun “Şəhid qanı” kitabının təqdimat mərasimi keçirildi.

26 dekabr 2013 | 16:00

25 dekabr  2013-cü il tarixində Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbdə məktəbin müəllimi Gəray Bayramovun “Şəhid qanı” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə  rayon icra hakimiyyətinin nümayəndələri, Bakı və Gəncə şəhərindən görkəmli qonaqlar, yazıçılar birliyinin üzvləri, şairlər, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Əminə Cəfərova açaraq, müəllif və kitab haqda xoş sözləri iştirakçılarin nəzərinə çatdırdı. Kitabın milli vətənpərvərlik mövzusunda  yazılması oxucuların ruhunu oxşayacağını qeyd etdi. Gəray Bayramovda tədbirin təşkili üçün rayon rəhbərliyinə və tədbirdə iştirak etmək üçün gələn qonaqlara minnətdarlığını bildirdi.
Tədbir kitabın senarisi əsasında şagirdlərin ifasında hazırlanmış mahnı və şerlərlə yekunlaşdı.

Keçidlər