Samux rayonunda “Bayram yarmarkası” keçirildi
18 mart 2019 | 16:00
Samux rayonunda ənənəvi olaraq keçirilən yarmarkaların davamı kimi rayonun mərkəzində “Bayram yarmarkası” keçirildi. Keçirilən yarmarkada 1 ton ət və ət məhsulları, 150 kq quş əti, 100 kq balıq əti, 15 ton meyvə, 8 ton tərəvəz, 3000 ədəd yumurta, 430 litr süd, 90 litr qatıq ,5 tonda un və digər kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıldı. Satışa çıxarılan məhsulların qiyməti bazar qiymətlərindən 10-20 faiz aşağı idi. Yarmarka iki gün keçirildi