Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda yeni artezian quyusu istifadəyə verilmişdir.

25 dekabr 2013 | 16:00

Samux rayon Zazalı kəndində yeni artezian quyusu istifadəyə verilmişdir. Belə ki,15 may 2013-cü il tarixində Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Samux rayonu üçün ayrılmış 6 yeni artezian quyusundan biri bu gün Zazalı kəndində  istifadəyə verilmişdir. Artezianın gücü 120 kub/saatdır ki, bu da 30 ha sahənin daima suvarılmasını təmin edəcəkdir.

Keçidlər