Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı Şura üzvlərinin təbliğat yığıncağı keçirildi.
Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı Şura üzvlərinin iştirakı ilə 06 mart 2019-cu il tarixdə Qarayeri qəsəbəsində təbliğat yığıncağı keçirildi. Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi üçün atdığı addımlar, verdiyi qərarlar müzakirə edildi.Yığıncaqda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov geniş çıxış edərək, vurğuladı ki, Prezident İlham Əliyevin 2019-cu ilin iki ayında imzaladığı fərman və sərəncamlarına diqqət yetirsək, insan amilinə verilən dəyər, ən əsası onların sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi daha aydın şəkildə özünü təsdiqləyəcək. G.Bayramov bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqındasərəncamı”, “Şəhid və itgin ailələri barədə verdiyi Fərman”, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman”, “Minimum əmək haqqının artırılması haqqında sərəncam”da atılan davamlı addımların tərkib hissəsidir. Sərəncam ümumilikdə 600 minə yaxın vətəndaşa yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndrilməsi məqsədinə xidmət edir. Məhz bu konteksdə Prezident İlham Əliyevin verdiyi qəraralar bütün dünya üçün nümunədir.Elə 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilməsi, şəhid ailələrinə müavinətin 242 manatdan 300 manata artırılması, minimum əmək haqqının 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz artirilması, eləcə də 100minə yaxın tələbənin təqaüdünün qaldırılması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətrin mərkəzində insan amilinin olduğunu bir daha sübut edir.
Tədbirdə Şura üzvü Şəmistan Yusifov da çıxış edərək bildirdi ki,ölkəmizdə aparılan islahatlar, imzalanan fərman və sərəncamlar bir daha sübut edir ki, insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.
Sonra tədbirdə Şura üzvü Mirzəmməd Orucov da çıxış edərək qeyd etdi ki, Azərbaycan vətəndaşlarının böyük sevincinə səbəb olmuş daha bir hadisə də problemli kreditlərlə bağlı verilən fərman oldu.Ekspertlərin fikrincə,problemli kreditlərin həlli ilə bağlı dünyada analoqu olmayan bir qərar verən Prezident İlham Əliyev sosial inqilab nümunəsi təqdim etmiş oldu.Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır.
Yığıncaqda partiya fəalları da çıxış edərək, diqqətə çatdırdılar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır.