Ötən il Samux rayonunda 95 istixana fəaliyyət göstərib
03 mart 2019 | 16:00
Ötən kənd təsərrüfatı ilində Samux rayonunda 95 istixana təsərrüfatı fəaliyyət göstərib. İstixanaların 5-i kənd təsərrüfatı müəssisələrində, 90-ı isə əhali təsərrüfatlarında olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2018-ci ildə rayonda 11 yeni istixana təsərrüfatı yaradılıb.
İstixanaların sahəsi 68,8 hektar olub ki, bunun da 59,8 hektarında əkin aparılıb. İstixanalarda ötən il 56,7 hektarda tərəvəz, 3,1 hektarda isə çiyələk yetişdirilib. Təsərrüfatlardan 4452,1 ton tərəvəz və 8,7 ton çiyələk yığılıb. İstehsal olunan tərəvəzin 512,7 tonu xiyar, 3939,4 tonu pomidor olub.
Samux, 3 mart, Rauf Hacıyev, AZƏRTAC