Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində " 05 mart -Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü" qeyd edildi

04 mart 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzinin Samux rayon Gənclər və İdman İdarəsi, Samux rayon Təhsil Şöbəsi ilə birgə təşkilatçılığıyla Samux rayon Heydər Əliyev Mərkəzində " 05 mart -Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü" qeyd edildi. Qeyd olunan tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin kollektivi, rayonun idman ictimaiyyəti, idmançılar da iştirak etdi. Tədbir ölkənin idman sahəsindəki uğur və nəaliyyətlərindən bəhs edən videoçarxın nümayiş olunması ilə başladı. . Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev idmançıları təbrik edərək rayonda həyata keçirilən idman siyasəti haqqında geniş məlumat verdi. Daha sonra çıxış edən Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Faiq Aslanov, Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova , Samux Kikboksinq İdman Klubun rəhbəri, əməkdar məşqçi, dəfələrlə dünya və avropa çempionu Elnur Salamov və Təhsil Şöbəsinin metodisti Məmməd Bayramov idmançıları təbrik etdilər. Sonda müxtəlif idman növləri üzrə il ərzində fərqlənənlər Gənclər və İdman İdarəsinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər