Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Qarabağlar kəndində 220 şagird yerlik yeni məktəb binası istifadəyə verilmişdir.

25 dekabr 2013 | 16:00

24 dekabr  2013-cü il tarixində Dövlət Proqramı çərçivəsində rayonda yeni inşa edilən Qarabağlar kənd tam orta məktəbinin 220 şagird yerlik binasının açılışı olmuşdur.
Tədbiri məktəbin direktotru Elmira Aslanova açaraq başda Azərbaycan Respublikasının Prezidenti olmaqla məktəbin tikintisində əməyi olan hər kəsə məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlığını bildirdi.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək son dövrlərdə  respublikada və rayoda sürətli inkişaf haqqında ətraflı məlumat verdi və bütün işlərin məhz möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçdiyini bir daha vurğuladı.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov və kənd sakini də çıxış etdilər.
Cənab Alı Qocayev məktəbin açılışını bildirən rəmzi lenti kəsdi.
Tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış oldular.

Keçidlər