Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.

27 fevral 2019 | 16:00

Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən və demokratik dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirmişdir. Əminliklə demək olar ki, ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.
Azərbaycan ötən il ərzində mövcud makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, ölkənin qlobal çağırışlara hazır olması, sistemli islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sayəsində iqtisadiyyatın bütün istiqamətlərində ciddi uğurlara imza atmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda  bu barədə ətraflı danışılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Ötən  il cənab Prezident    Azərbaycanın  bölgələrinə 24 səfər etmişdir. Bu səfərlər zamanı  ölkə başçısı  həm yerlərdə görülən  işlərə nəzarət etmiş, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər vermişdir.  Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır.
Həmçinin keçən il xarici siyasət sahəsində də uğurlu il olmuşdur. Cənab Prezident  keçən il xarici ölkələrə 16 səfər etmiş,  16 dövlət və hökumət başçısı Azərbaycanda səfərdə olmuşdur. Bu, bir daha onu göstərir ki, Azərbaycanın  xarici siyasəti  çoxşaxəlidir və ölkəmizlə  əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır.
Azərbaycan müsəlman aləmində də çox böyük hörmət, nüfuz qazanmışdır. İslam həmrəyliyi ilə bağlı atılan  addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verilən töhfə çox təsirlidir. Yəni, aparılan  siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir.
2019-cu ildə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur.
Dünyada davam edən münaqişələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları fonunda respublikamızın uğurlarının özünü daha qabarıq şəkildə büruzə vermiş, Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsi olaraq, öz müstəqil inkişaf yolu ilə uğurla irəli gedir.
Eyni zamanda, regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatmış, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə həyata keçirilmiş, yüz minlərlə yeni iş yerləri, sənaye müəssisələri yaradılmış, kənd təsərrüfatında müsbət nəticələr əldə olunmuşdur.
Keçən il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu il olmuşdur. Belə ki, büdcəmizə daxilolmalar böyük dərəcədə artmış, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən proseslərə çox yüksək qiymət vermişlər. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir, yəni  il ərzində 32 pillə irəliyə getmişdir.
Hesabat ilində ümumi daxili məhsul  1,4 faiz artmış, qeyri-neft sektorunun inkişafı 1,8 faiz həddinə çatmış, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz artmışdır. Hesabat dövründə inflyasiya cəmi 2,3 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 9,2 faiz yüksəlmişdir.
Manatın məzənnəsinin sabitliyi qorunub saxlanmış, kənd təsərrüfatında 4,6 faiz artım qeydə alınmışdır. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulmuşdur ki, bunun da 11 milyard manatı qeyri-neft sektoruna yatırılıb, 118 min daimi iş yeri yaradılıb. Keçən il valyuta ehtiyatları 3 milyard dollar məbləğində artırılıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşmüşdür, yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir.
Hesabat dövründə bir sıra tarixi layihələr reallaşdırılıb, o cümlədən, nəhəng transmilli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla həyata keçirilib, “Azərspace-2” peyki orbitə buraxılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Sumqayıtda polipropilen zavodu, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodu istismara verilib. Nazirlər Kabinetinin iclasında qeyd edilib ki, ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına öz müsbət təsirini göstərmişdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. Bu il istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlərin işçi qüvvəsinə sərbəst çıxışı reallaşacaq. Pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanılıb.
Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, ötən ilin dekabrinda yardımın orta aylıq məbləği 189 manata çatıb. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib.
2018-ci ildə keçirilmiş prezident seçkilərində əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanan dövlətimizin başçısının imzaladığı ilk fərman şəhid ailələri ilə bağlı növbəti humanist addım olub. Fərmanın icrası olaraq 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib.
Ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi olan sahibkarlığa dövlət dəstəyinin verilməsi möhtərəm Prezidentimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə dövlət tərəfindən görülən məqsədyönlü tədbirlər Dünya Bankının “Doing Business 2019” hesabatında öz əksini tapıb, ölkəmiz ümumi reytinqdə yeni rekorda imza ataraq dünyada 10 ən islahatçı dövlət siyahısına daxil olub. Bu, ölkəmizdə əlverişli  investisiya mühitinin cəlbediciliyinin mühüm göstəricisi olmaqla, özəl, xarici və daxili sərmayələrin iqtisadiyyatımıza, xüsusən onun qeyri-neft sahələrinə axını üçün əlavə güclü təkan verib. Bunlar müstəqil Azərbaycanın həm də son 15 ildəki inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin vaxtlı-vaxtında uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.
Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilmişdir. Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanmışdır.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, cari ildə Azərbaycan iqtisadiyyatı daha sürətli inkişaf yolu ilə irəliləyəcək. İqtisadiyyatda qeyri-neft sektorunun üstün inkişafı prioritet təşkil edəcək. Başlıca hədəf isə ixracı əvəzləyəcək yerli istehsalın həcminin artırılmasından və qeyri-neft sektorundan ixracın həcminin əhəmiyyətli dərəcədə yüksəldilməsinin təmin olunmasından ibarət olacaq.
2018-ci ildə Samux rayonunda da istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin təmiri-tikintisi,  abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
2018-ci ildə respublikamızın ümumi inkişaf tempinə uyğun olaraq Samux  rayonunun da iqtisadi göstəricilərində artım qeydə alınmışdır. Belə ki, 2018-ci ildə rayon üzrə:
-  Ümumi  məhsul  buraxılışının həcmi 168,5 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ildəkindən (163,6 milyon manat)   3,0  faiz  çoxdur.
-  Kənd təsərrüfatı məhsullarının həcmi 7,1 faiz artaraq,  80,9 milyon  manat,
-   Sənaye məhsulunun həcmi 24,5 faiz artaraq,  8,4 milyon manat,
-   Ticarət dövriyyəsi 1,8 faiz artaraq,  37,9 milyon manat, 
-   Pərakəndə  əmtəə  dövriyyəsi  2,4 faiz artaraq, 114,7 milyon manat,
-  Əhalinin  gəlirləri  5,8  faiz artaraq, 165,8 milyon manat təşkil etmişdir.
Hesabat ilində  rayonda  tikinti-quruculuq və abadlıq işləri daha da sürətləndirilmişdir. Belə ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Samux şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı 36 mənzilli 4 mərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü sökülərək yenidən qurulmuşdur. Eyni zamanda   təmirə ehtiyacı olan 4  çoxmənzilli yaşayış binalarında təmir bərpa işləri aparılmışdır ki, onlardan 2 bina Cobanabdallı, 2-si isə İstixana kəndlərindədir. Çobanabdallı kəndində  yataqxana tipli, ikimərtəbəli, bir bloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kv.m. olan iki binada və İstixana kəndində ikimərtəbəli, iki bloklu, hər biri 12 mənzilli, sahələri 1445 kv.m olan iki binada təmir bərpa işləri həyata keçirilmişdir. Binaların dam örtükləri yenilənmiş, bloklar təmir edilmiş, yeni  qapı və pəncərələr quraşdırılmışdır. Beləliklə son üç ildə rayonda 81 coxmənzilli yaşayış  binaları əsaslı təmir edilmişdir.
Hesabat ilində Burunqovaq kəndində inşa edilmiş modul tipli 80 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Əhmədbəyli kəndində yeni əsaslı təmir edilmiş 80 yerlik körpələr-evi uşaq bağçasının istilik sistemi qurulmuşdur.
Qarayeri qəsəbəsində  ümumi sahəsi 1,5 hektar olan istirahət parkında təmir-bərpa işləri aparılaraq, sakinlərin istifadəsinə verilmişdir. Parkın ətrafında 390 metr uzunluğunda  hasarlama işləri aparılmış, gəzinti yollarının kənarına 450 p.metr bordür düzülmüş, 500 kv.m  üzlük daşları döşənmişdir. Hasarların üzərinə dekorativ barmaqlıqlar vurulmuşdur.  Parkda 2 ədəd fəvvarə quraşdırılmışdır ki, onların hovuzlarının  içərisinə 150 kv.metr mozayka vurulmuş, kənarları aqlay daşları ilə üzlənmişdir. Əhalinin dincəlməsi üçün 2 ədəd  istirahət köşkü  quraşdırılmışdır.  Parkın suvarma sistemi üçün  250 metr uzunluğunda 25 mm diametrli kapron boru ilə su xətti çəkilmişdir. 1100 kv.metr rəngləmə işləri aparılmışdır.
   Rayon mərkəzinin  Heydər Əliyev və Kolayır prospektlərində, Nəriman Nərimanov, Elçin Məmmədov, Arif Nəbiyev küçələrində, Kür yolunda aparılan yenidənqurma və bərpa işləri başa çatdırılmışdır. Yararsız bort daşları və tavalar sökülərək yenilənmiş, keyfiyyətsiz hasarlar yenidən hörülmüş, suvanma və  rəngləmə işləri həyata keçirilmişdir. Heydər Əliyev prospektində və Arif Nəbiyev küçəsində hasarların “Aqlay” tava daşları ilə üzlənməsi və bərpa işləri aparılmışdır. Kolayır prospektində 54, Elçin Məmmədov küçəsində 27, Kür küçəsində 27, Nəriman Nərimanov küçəsində 8 ədəd olmaqla, ümumilikdə 116 ədəd, eyni zamanda Qarayeri qəsəbəsində 14 ədəd müasir işıqlandırıcı quraşdırılmış və abadlıq işləri həyata keçirilmişdir. Şəhərin Heydər Əliyev prospektinin  300 metrlik hissəsi, Göygöl, Qalalı küçələrində əsaslı təmir işləri aparılmış və yeni asfalt örtüyü salınmışdır. Misginli küçəsində yenidən qurma işlərinə başlanmış, 6 ədəd dəmir boru ilə su keçidi quraşdırılmış, küçəyə balans verilərək  hamarlanmışdır. İsmət Qayıbov küçəsində yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş  8 mənzilli binanın ətrafında abadlıq işləri aparılmış və  yeni asfalt örtüyü salınmışdır.
Rayonun,  uzunluğu 15,3 km olan İnstitut - Çobanabdallı - Lək - Sarıqaya və uzunluğu 12,7 km olan Yenikənd-Köbər-Qaraağaclı kəndlərarası avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanmışdır. Həmin yollarda işlər əsasən başa çatdırılmış, yeni asfalt örtüyü salınmışdır. Yenikənd - Köbər -Qaraağaclı avtomobil yolu üzərindəki körpünün inşasına başlanmışdır. Körpü bir aşırımlı  olmaqla uzunluğu 18 metr, eni 8,4 metr, hündürlüyü isə 4,5 metrdir. Texniki qurğuda avtomobillərin hərəkəti ilə yanaşı piyada zolağı da nəzərdə tutulub. Körpünün təyinatı Boz dağ silsiləsindən və Çeyrançöl ərazisindən yaz və payız aylarında gələn sel sularının Kür çayına axdılmasıdır.
Salahlı kəndində Qabırrı çayı üzərindəki körpüdə yaranmış qəza qısa müddət ərzində aradan qaldırılmışdır.
2018-ci ildə  bütün  istiqamətlərdə  yolların  çiyin  hissələri  avtoqreyderlə  plana  salınmış,  torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir.  Gəncə - Samux, Samux - Lək, Samux - İnstitut, Qaraağaclı-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində təmir işləri aparılaraq, 156,9 min m2 sahəyə 26,3 min m3 həcmində çınqıl materialı və 20,8 min m2 sahəyə isə 3,2 min ton asfalt- beton işlədilmişdir.  Qış mövsümünə hazırlıq məqsədi ilə avtomobil yollarının kənarında  300 kub metr  qum, 10,5 ton texniki duz ehtiyatı yaradılmışdır.
Rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan  sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, il ərzində        155 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır ki, onlardan da 30-u hüquqi şəxsdir. Hazırda rayonda 1930 sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onlardan da 78-i hüquqi şəxslərdir.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Vest Milk” MMC, Murovdağ Kəndli fermer təsərrüfatı, Heyvandarlıq və Yemçilik müəssisəsi, “Region Aqro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda  200-ə yaxın  müasir  istixana fəaliyyət göstərir ki,  onların da ümumi sahəsi 80,0  hektar təşkil edir.  Bu istixanalarda il ərzində 8000 tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
5000 ha ərazidə yaradılmış  “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət  2018-ci ilin məhsulu üçün  müəssisə tərəfindən 3000 ha sahədə  əkilmiş buğda sahəsindən 10328 ton məhsul əldə olunmuşdur ki, məhsuldarlıq 39,2 sentner təşkil edir. Təkrar əkinlə   2662 payızlıq  qarğıdalı əkilərək 9175 ton məhsul əldə edilmişdir.
“Region Agro” MMC tərəfindən 2018-ci ilin məhsulu üçün 262 ha buğda sahəsindən 1048 ton, (məhsuldarlıq 40,0 sent/ha), 336 ha arpa sahəsindən 1411 ton,  (məhsuldarlıq 41,9 sent/ha) , 64 ha kartof sahəsindən 640 ton (məhsuldarlıq 100 sent/ha)  məhsul yığılmışdır. 598 ha təkrar əkin aparılmışdır ki, buradan 2202 ton payızlıq qarğıdalı əldə edilmişdir.
Məlumat üçün qeyd edək ki, rayon üzrə istehsal olunan taxıl məhsulunun 35 faizi, qarğıdalının 95 faizi məhz bu təsərrüfatların payına düşür. Bu da iri təsərrüfatların nə qədər effektli olmasının göstəricisidir.
Son illər Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi, bu sahədə yeni və səmərəli layihələrin icrası ilə yadda qalır. Bu layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş - bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb.  Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb.  Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində “Azguntex” zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.
İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 25 layihə üzrə  279,0 min  manat güzəştli kredit verilmiş və bunun hesabına 26 yeni iş yeri yaradılmışdır.  2002-2017-ci illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 740 layihə üzrə 29,0 milyon manat güzəştli kredit verilmişdir ki, bu da öz növbəsində 1937 yeni iş yerinin açılmasına imkan vermişdir.
Son illərdə ölkəmizin Dövlət Büdcəsinə uyğun olaraq rayonumuzun yerli büdcəsi də ildən-ilə artır.  Ötən illə müqayisədə (4617,0 min manat) 2018-ci  ildə yerli dövlət büdcəmiz 3,6 faiz  artaraq,  4784,0 min manat təşkil etmişdir. Rayonun yerli büdcəsinin gəlirləri 2809,0 min manat  proqnoza qarşı  3291,0 min manat, yəni 117,2 faiz yerinə yetirilmişdir. 2018-ci  maliyyə  ilində  rayonun  yerli  büdcəsi dürüstləşmələr nəzərə alınmaqla 5784,0 min  manat olmuşdur ki, 5524 min manat və ya 95,5 faiz  icra olunmuşdur. Aparılan təhlil göstərir ki, xərclərin 42,0 faizini (2289,0 min manatı) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir. Yerli dövlət büdcəsi xərc maddələri üzrə əsasən icra edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan  irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə,  iqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonumuzda  cari ildə  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir.
2018-ci  ilin  məhsulu  üçün 10675  hektar  sahədə taxıl əkilmişdir ki, ondan da  6183 hektarı  buğda,  4105 hektarı  dən  üçün  arpa olmuşdur. Sahələrdən  36601,0 ton taxıl məhsulu yığılmışdır ki, bunun da 23210,0 tonu buğda, 13 391,0 tonu isə arpadır. Məhsuldarlıq 34,3 sent təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən (26,1 sent.) 8,2 sent. və ya 31,4 faiz yüksəkdir.
Hesabat ilində 12141 hektar sahədə  yazlıq  bitkilərin  səpini    aparılmışdır.  Onlardan 526 hektarı şəkər çuğunduru, 2865,5 hektarı dən üçün günəbaxan,  245,0  hektarı  kartof, 709,7 hektarı  tərəvəz, 212,5 hektarı bostan bitkiləri, 359,0 hektarı qarğıdalı, 400,0  hektarı pambıq və sair bitkiçilik məhsullarıdır.
Sahələrdən 2650,8 ton kartof, 12953,9 ton tərəvəz, 2926,4 ton bostan bitkiləri, 5885,9 ton günəbaxan, 11969 ton qarğıdalı, 21594,3 ton şəkər çuğunduru, 922,7 ton pambıq, 17352,4 ton meyvə və  9620,4  ton üzüm  toplanmışdır.
2019-cu  ilin  01 yanvar  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 23 515 baş  olmuşdur. Bunlardan  ana inək və camışların  sayı  12336  baş təşkil edir. Qoyun və keçilərin  sayı isə  147177 başdır.
2018-ci ildə 5,6 min  ton diri  çəkidə  ət, 30,8 min ton süd,  6,54 milyon  ədəd  yumurta, 279,0 ton yun istehsal  olunmuşdur. Heyvandarlıq məhsullarının istehsalında da  ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır.
2019-cu ilin məhsulu üçün 14115  hektar sahədə şum qaldırılmışdır ki, bu da ötən mövsümdəkindən 3,9 faiz çoxdur. 9546 hektar sahədə payızlıq səpin aparılmışdır.
Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən kənd təsərrüfatının stimullaşdırılması məqsədi ilə cari ildə istehsalçılar əkin və yanacaq dəyərinə görə 7372 istehsalçıya  1132735,2 manat, o cümlədən 5733 hektar buğda əkini üzrə 516004,2 manat, təkrar əkinə görə 93 istehsalçıya 167368,5 manat,   çuğundur əkininə görə 256 istehsalçıya 183504,56 manat, pambıq əkininə görə 4647 manat, süni mayalanma yolu ilə alınmış 417 buzova görə 41700 manat və arıçılıq üzrə 1739 ədəd arı ailəsinə görə 114 nəfər arıçıya 17390 manat, ümumilikdə 1540835,2 manat subsidiya plastik kartlarla istehsalçılara ödənilmişdir.
Eyni zamanda istehsalçılara güzəştli şərtlərlə 1419,0 ton ammonium nitrat, 373 ton ammofor, 78,0 ton karbomit və 390,0 ton nitromofoska kübrəsi satılmışdır.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 56 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onların hamısı istifadəyə verilmişdir. Şəmkir –Maşın kanalına daimi suyun verilməsi təmin edilmişdir.
2018-ci  il ərzində 380 ədəd nasos, 57 ədəd  elektrik   avadanlığı  təmir  edilmişdir. Torpaqların  suvarılması  üçün  kanallarda 730 min m3  lildən  təmizləmə, 200 min m3  sahilbərkitmə işləri  görülmüşdür. Kanallarda 26 ədəd hidrotexniki qurğu, 20 ədəd   hidropostlar təmir edilmiş, 30000 m2  kol-koslardan  təmizləmə  işləri  aparılmışdır. İl  ərzində  Gəncə  çayında  22 min m3, Qabırrı  çayında 14 min  m3, Qoşqar çayında 12 min m3 əlavə  sahilbərkitmə  işləri  görülmüşdür.   
Bununla bərabər rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi səyyar  qəbul-görüşlərdə və fərdi qəbullarda suvarma ilə bağlı daxil olan müraciətlər göstərir ki, hələ  suvarma suyuna, xüsusilə yay aylarında  ehtiyac olan yerlər vardır. Suvarma Sistemləri İdarəsi 2019-cu ildə əkin sahələrinin  daha da  genişlənməsini nəzərə almalı, suvarma suyuna ehtiyac olan  yerləri vaxtında müəyyən etməli və müvafiq tədbir görməlidir.
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2018-ci ildə Samux şəhərinin Kolayır massivində, Sərkar, Ziyadlı və Çobanabdallı kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması işləri həyata keçirilmişdir. Kolayır massivində 10 kv-luq hava xəttinin yenidən qurulması üçün 476 ədəd dayaq basdırılaraq 83,0 km AS70 naqili çəkilmişdir. 0,4 kv-luq şəbəkənin qurulması üçün 755 dayaq basdırılmış,  30,4 km kabel çəkilmişdir. Çobanabdallı kəndində 106 dayaq basdırılmışdır. Çobanabdallı kəndində 4,1 km,  Sərkar və Ziyadlı kəndlərində 2,5 km SİP kabel çəkilmişdir. Sərkar kəndinin girişində 1 ədəd 6/10 kv-luq 2.5 MVA transformator quraşdırılıb. Kolayır massivində 11, Sarıqaya kəndində 1, Yuxarı Ağasıbəyli kəndində 1, Aşağı Ağasıbəyli kəndində 1 ədəd, ümumilikdə 14 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmışdır. Eyni zamanda Sərkar kəndinin girişində 1 ədəd 6/10 kv-luq 2,5 MVA gücündə transformator quraşdırılmışdır. Yeni abonentlərə 560 ədəd sayğac dəsti quraşdırılmışdır.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövründə abonentlərin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir. Lək və Hacıalılı kəndlərini təbii qazla təmin edən xəttin dəyişdirilməsi istiqamətində işlər davam etmiş, xəttin 9,0 km hissəsində işlər başa çatmışdır.  Bundan başqa hesabat dövrü ərzində Sərkar, Qarabağlılar, Tatlı kəndlərində istismar müddətini keçmiş qaz xətlərinin dəyişdirilməsi,  Ağasıbəyli, Qovlarsarı, Alıuşağı kəndlərində yeni  qaz xətlərinin çəkilişi həyata keçirilmişdir. İl ərzində  221 yeni abonent təbii qazla təmin edilmiş, 340 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 90,3 faizi, təbii qazın dəyərinin 99,1 faizi yığılmışdır.
Rayon əhalisinə göstərilən  rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır. İl  ərzində rayonun Alabaşlı qəsəbəsində 128, Sarıqaya kəndində 160 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyası (EATS) qurulmuşdur. Nəticədə   əsas telefon aparatlarının sayı 162 ədəd artırılaraq,  8503 ədədə, yüksəksürətli internet portalının tutumu 1024 port artırılaraq montaj tutumu 4848 porta çatdırılmışdır.  Hazırda rayonda internet xidmətindən 4404  abunəçi  istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən  17,4 faiz  çoxdur.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və  fərdi qəbullarda edilən müraciətləri göstərir ki, əhalinin elektrik enerjisi, təbii qazla, içməli su və yüksəksürətli internet təminatında  müəyyən nöqsan və çatışmazlıqlar  hələ də  mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2018-ci ildə şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində  bələdiyyələr, inzibati ərazi dairələri üzrə nümayəndələrlə  birgə yaxından iştirak etmişdir. İl ərzində  bələdiyyələr tərəfindən “Bir bələdiyyə - bir layihə” çərçivəsində müxtəlif layihələr həyata keçirilmişdir. Bu layihələr əsasən ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı, su arxlarının saxlanması, küçə və yolların təmiri, məişət tullantılarının yığılması və daşınması sahələrini əhatə etmişdir. Bununla bərabər bələdiyyələrin fəaliyyətində də ciddi nöqsanlar vardır. Xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan  istifadə edilməsində,  torpaqların alqı - satqısı və icarəyə verilməsində, vergilərin yığılmasında olan nöqsanlar daha çoxdur.  Hələ də  qəsəbə və kəndlərdə ərazilərin təmizliyinin qorunub saxlanılması tam təmin edilmir, məişət tullantılarının yığılıb - daşınması  təşkil edilməmişdir. Əhalinin üzləşdiyi yerli problemlərin vaxtında aradan qaldırılması bir çox hallarda  təmin edilmir.  Bu nöqsan və çatışmazlıqlar təxirə salınmadan öz həllini tapmalıdır. Bələdiyyə torpaqlarından və mülkiyyətlərində olan əmlaklardan qanunvericiliyə uyğun istifadə edilməlidir.
Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də əhalinin sosial müdafiəsi diqqətdə saxlanmışdır. Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının və digər normativ hüquqi aktların icrası ilə əlaqədar rayonda aidiyyəti idarə və müəssisələr müvafiq tədbirlər həyata keçirmişlər. 
2018-ci ildə rayon əhalisinin gəlirləri 165 milyon 796,5 min manat təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 5,8 faiz çoxdur. Rayon üzrə pensiyaçıların ümumi sayı 7715 nəfər təşkil etmişdir. Rayon üzrə orta aylıq pensiyanın məbləği 187,64 manat təşkil etmişdir ki, bu da ötən ildəkindən       3,6 faiz çoxdur. Təqaüd və müavinətlərin vaxtında verilməsi əsasən təmin olunmuşdur.
Ölkə başçısının “1941-1945-ci illər” müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə”     20  aprel 2018-ci il tarixli  03 nömrəli Sərəncamına əsasən 64 nəfərə birdəfəlik maddi yardım çatdırılması təmin edilmişdir. Bunlardan üç nəfəri bilavasitə Böyük Vətən Müharibəsi iştirakçılarıdır və sərəncama əsasən onların hər birinə 1000 manat, digər kateqoriyalara 500 manat  məbləğində birdəfəlik yardım göstərilmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmişdir.  “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi”  Qaydalarına uyğun olaraq ünvanlı dövlət sosial yardımları 01 mart 2016-cı il tarixdən   Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi ilə elektron qaydada aparılır. 01 yanvar 2019-ci il tarixinə rayon üzrə 284 nəfər ünvanlı dövlət sosial yardımı alır ki, 1194 nəfəri əhatə edir. Onlardan 654-ü qadınlar, 591 nəfərini 18 yaşına kimi uşaqlardır. Adambaşına düşən yardım 42,22 manat təşkil edir. 
İmtiyazlı təbəqəyə aid olan şəxslərin rayon üzrə yaradılmış imtiyazlı mənzil növbəsinə götürülməsi hesabat ilində də davam etdirilmişdir. İl ərzində 2 nəfər imtiyazlı mənzil növbəsinə daxil edilmişdir. 01.01.2018-ci il tarixinə mənzil növbəsində  80 nəfər dayanır.
Son 15 ildə  62 Qarabağ müharibəsi əlili, şəhid ailəsi və Çernobıl əlili mənzillə təmin olunmuşdur.  2019-cu ildə də  fərdi mənzil tikilməsi gözlənilir. Hazırkı vaxta kimi 21 Qarabağ müharibəsi, 4 nəfər Böyük Vətən Müharibəsi və bir nəfər Çernobıl əlilinə fərdi minik avtomobili verilmişdir.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, 2018-ci il  ərzində 374-ü daimi olmaqla 586 yeni iş yeri yaradılmışdır. Üçüncü Dövlət Proqramının icrası ərzində 4671-i daimi olmaqla 11035 yeni iş yeri yaradılmışdır.
2018-ci ildə rayonda iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı  29,2 min nəfər təşkil etmişdir. Onlardan 4,7 min nəfəri və ya 16,1 faizi iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olur. Məşğulluq Mərkəzinə iş axtaran kimi müraciət edən 796 nəfər vətəndaşdan 323 nəfəri və ya 40 faizi müxtəlif sahələrdə işlə təmin edilmişdir. Hesabat ilində 1 nəfərə işsizlik statusu verilərək müavinət təyin edilmişdir. Hazırda  23 nəfər işsiz vətəndaş qeydiyyatdadır.
Bununla bərabər, il ərzində əsas tədbirlərdən biridə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar, Özünüməşğulluğun təmin edilməsi Proqramına Mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaşlardan 57 nəfər aztəminatlı ailələrdən biznes ideyası, bacarığı olan seçilib təlimə cəlb edilmişdir, onlardan 50 nəfəri müvəffəqiyyətlə biznes planını həyata keçirmişdir. Uğurlu hesab edilən biznes planlardan kənd təsərrüfatı sahəsində südçülüyün inkişafında - 16, kökəltmə - 11, qoyunçuluq - 4, istehsal və xidmət sahəsi üzrə  10 nəfər işaxtaran vətəndaşlara  mal  və  materiallar təqdim olunmuşdu. Həmin ailələrin  təsərrüfatlarını necə  idarə   etmələri  Mərkəz tərəfindən müşahidədə saxlanılır.  Hazırda mərkəzdə 1503 nəfər iş axtaran  qeydiyyatdadır.
2018-ci ildə keçirilən növbəti  “Əmək yarmarkası ”nda  iş axtaranlara 20  müəssisədən 143  boş iş yerləri təklif olunmuş və  39 nəfərə göndəriş verilmiş, onlardan  29  nəfəri  daimi işlə təmin edilmişdir.
Rayonun  təhsil, səhiyyə və mədəniyyət  sahələrinin  inkişafı  da daim diqqətdə saxlanılmışdır. Son  illərdə  rayonda  inşa  edilən  məktəblər, onların  maddi  texniki  bazasının yaxşılaşdırılması  və informasiya kommunikasiya  texnologiyaları  ilə  təmin  olunması  rayonun  təhsil sisteminə   müsbət  təsir  göstərmişdir. Son 15  ildə  rayonda 18 yeni məktəb binası   inşa  edilmiş, 17 məktəbdə  əsaslı  təmir  işləri  aparılmışdır.
Hesabat ilində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür. İstedadlı uşaqların üzə çıxarılması  və inkişafı məqsədilə  rayon Təhsil şöbəsi tərəfindən mərhələlər üzrə olimpiadalar və bilik yarışmaları  təşkil olunmuş, zona və respublika yarışlarında iştirakı təmin edilmişdir.
2017-2018-ci tədris ilində 11-ci sinfi bitirmiş 464 məzundan 303 nəfəri və ya 65,3 faizi ali məktəblərə sənəd vermiş, onlardan 159 nəfəri və ya 52,5 faizi müvafiq ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 43 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdir ki, onlardan da 9 nəfəri 600 baldan yuxarıdır.
2017-2018-ci tədris ilində buraxılış imtahanlarında  9-cu siniflər üzrə  52 faiz, 11-ci siniflər üzrə isə 49 faiz yüksək nəticə göstərmişdirlər. Bu nəticələr təhsil yanı şurada geniş təhlil edilməli, rayon Təhsil şöbəsi və məktəb rəhbərləri məsələni ciddi nəzarətə götürməli, təhsilin keyfiyyətinin yüksəldilməsi  üçün müvafiq tədbirlər görməlidirlər.
Hesabat ilində məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayon məktəblərində 337 ədəd kompüterdən, 52 ədəd notbukdan  və 38 ədəd proyektordan istifadə edilir. 35 məktəbdən 34-ü internet şəbəkəsi ilə təmin edilmişdir. Ümumtəhsil məktəblərinin kadr təminatı ilə bağlı işlər aparılmış, Təhsil nazirliyində müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçmiş  47  nəfər  müəllim ixtisasları üzrə vakant yerlərə  təyin olunmuş, 6 nəfər müəllimlə  müddətli əmək müqaviləsi bağlanmışdır.
2018-ci ildə  rayon xəstəxanalarında rayon əhalisinə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Vərəm, şəkərli diabet, onkoloji və digər qeydiyyat tələb edən xəstəliklər vaxtında aşkar edilərək qeydiyyata götürülmüşdür. İl ərzində 127 (154) nəfər şəkərli diabeti olan xəstə qeydiyyata götürülmüş, 59 (46) nəfər müxtəlif səbəblərdən qeydiyyatdan çıxarılmışdır. Qeydiyyatda olan 1233 nəfər şəkərli diabeti olan xəstələr vaxtaşırı olaraq müvafiq dərman preparatları ilə təmin olunmuşdur. 2018-ci ildə diri  doğulan  körpələrin  sayı 661 (710)  olmuş,   1  yaşa qədər (4) uşaq və ana ölümü olmamışdır.
Əhalinin  sağlamlığının qorunması və bu sahədə qabaqlayıcı tədbirlərin  görülməsi məqsədi ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığı əsasında  2018-ci il fevral ayının 12-dən may ayının 15-dək rayon əhalisinin  kütləvi tibbi müayinədən keçirilməsi işi təşkil edilmişdir. Müayinənin gedişi və nəticələri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında müzakirə olunmuşdur. Rayon  əhalisinin 45723  nəfəri və ya 80,1 faizi  tibbi müayinəyə cəlb edilmişdir.
Bununla bərabər uzun illərdir  rayon  əhalisinə  günün  tələbləri   səviyyəsində səhiyyə  xidmətinin   göstərilməsi  üçün  rayonda  diaqnostik  mərkəzinin   yaradılmasına, mərkəzi  rayon  xəstəxanasının,   qəsəbə  və  kəndlərdə  yerləşən  tibb ocaqlarının  əsaslı  təmirinə  və  ehtiyac  olan yerlərdə  yeni binaların  tikilməsinə, onların  ixtisaslı  həkimlərlə  təmin  edilməsinə  böyük  ehtiyac  vardır.  Bu məsələlərin  həlli istiqamətində  tərəfimizdən  müvafiq  işlər  aparılır. Məlumat üçün bildirirəm ki, bu il rayonumuzda müasir xəstəxana kompleksinin tikintisinə başlanacaqdır.
Rayonda  fəaliyyət  göstərən   mədəniyyət  evləri, klublar  və kitabxanalarda  əhalinin  səmərəli istirahətinin  və  gənclərin  asudə  vaxtlarının  təşkili  istiqamətində müəyyən işlər  görülmüş, əvvəlki illərdə buraxılmış səhvlərin aradan qaldırılması istiqamətində işlər aparılmışdır. Ölkə başçısının müvafiq fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların  fəaliyyətində səmərəliliyin artırılması məqsədilə xüsusi komissiya yaradılmışdır. Yəni bu sahədə müsbət dəyişikliklər gözlənilir.
Ümummilli lider Heydər Əliyevin ideyalarının təbliği,  gənclərin vətənpərvərlik tərbiyəsi, istedadlı yeniyetmə və gənclərin aşkar edilməsi, narkomaniya və  neqativ hallara qarşı mübarizə,  asudə vaxtın səmərəli təşkili, gənclər siyasəti, multikulturalizm, tolerantlıq və dini ekstremizm sahəsində tədbirlər həyata keçirilmişdir.
Eyni zamanda böyüməkdə olan   gənc nəslin  hərbi vətənpərvərlik  tərbiyəsinə  diqqət və qayğını daha da  artırmaq, məktəb şagirdlərini  hərbi idman oyunlarına  cəlb etməklə  “Şahin” hərbi idman oyununun  rayon birinciliyi keçirilmişdir. Qeyd etmək lazımdır ki, şəhər 2 saylı tam orta məktəbin komandası rayon birincisi olaraq  rayonu zona birinciliyində təmsil edərək birinci yerə çıxmışdır. Komanda Respublika birinciliyində 8-ci yeri tutaraq diploma layiq görülmüşdür. 
Gənclər siyasəti sahəsində "Dini dözümlülük, tolerantlıq və multikulturalizm inkişafın və sabitliyin başlanğıcıdır"  “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Biz tezliklə Qarabağa qayıdacağıq”, "26 fevral-Xocalı soyqırımı bəşəriyyət tarixinin ən qanlı səhifələrindəndir",  “ Şəhidlər ölməz – Vətən bölünməz”, “Narkomaniyaya Yox Deyək”, “ İdman sağlamlıqdır”  mövzularında dəyirmi masalar təşkil edilmişdir. İl ərzində Qol güləşi, Kinqboksinq və Sərbəst güləş üzrə açıq rayon birincilikləri, Güllə atıcılığı, “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çöxnövçülüyü üzrə rayon birincilikləri, Futbol üzrə bələdiyyə komandaları arasında "Samux Kuboku" yarışı  təşkil olmuşdur.  Rayon idmançılarının respublika yarışlarında iştirakı təmin edilmişdir. 
Rayonda ideoloji işin təşkili, ictimai-siyasi vəziyyət daim diqqət mərkəzində saxlanılmışıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Mərkəzi  hesabat ilində fəaliyyətini daha da genişləndirmişdir. Mərkəzə gələnlər Ümummilli liderin həyat və fəaliyyəti ilə yaxından tanış olmuş, kino filmlərə baxmışlar. Mərkəzdə fəaliyyət göstərən tədqiqat qrupları tərəfindən Ulu öndərin rayona səfərləri tədqiq edilmiş, bu səfərlər zamanı onunla görüşüb ünsiyyətdə olmuş insanlarla gənclərin görüşləri təşkil edilmişdir. Görkəmli insanlarla görüşlər təşkil edilmişdir. Mərkəzdə ingilis dili və rəqs kursları fəaliyyət göstərmişdir.
Hazırda rayonda  12  qeyri-hökumət təşkilatı və 8 siyasi partiyanın yerli təşkilatı və bir dini icma fəaliyyət göstərir. Bu təşkilatlar il ərzində öz nizamnamələrinə uyğun fəaliyyət göstərmiş, onlar tərəfindən “Qeyri-hökumət təşkilatları və ictimai birliklər (Fondlar) haqqında”, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulmasına yol verilməmişdir. Siyasi partiyaların yerli təşkilatlarından yalnız Yeni Azərbaycan Partiyasının  rayon təşkilatı rayonda keçirilən bütün tədbirlərdə yaxından iştirak etməklə, Yeni Azərbaycan Partiyasının aparıcı qüvvə olduğunu təsdiqləyir. 2018-ci ildə partiya sıralarına 85 nəfər qəbul olunmuşdur ki, onlardan da          74 nəfəri gənclər, 61 nəfər isə qadınlardır. Beləliklə partiya üzvlərinin sayı 5471 nəfərə çatmışdır. Digər partiyaların fəaliyyəti yox dərəcəsindədir.    Ümumiyyətlə hesabat ilində rayonda ictimai-siyasi vəziyyət və dini durum sabit olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin məruzə və nitqlərinin, ölkədə aparılan sosial-iqtisadi inkişafın  əhaliyə çatdırılması  ilə bağlı yaradılmış təbliğat qrupları tərəfindən 2018-ci ildə rayonun bütün yaşayış məntəqələri, böyük idarə, müəssisə və təşkilatları əhatə olunmaqla  48 görüş keçirilmiş və bu görüşlərdə 2845 nəfər rayon sakini iştirak etmişdir. Görüşlərdə əhalinin müxtəlif zümrələrinin iştirakı təmin olunmuşdur.  Təbliğat qruplarının  üzvləri tərəfindən ölkə başçısının apardığı daxili və xarici siyasətin uğurları konkret faktlarla görüş iştirakçılarına çatdırılmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasının nəticələrinin əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşdırılmasındakı  rolu haqqında məlumatlar verilmişdir.
Rayon  gənclərinin   hərbi vətənpərvərlik ruhunda  tərbiyə  olunması  istiqamətində  də müəyyən  tədbirlər  həyata  keçirilmişdir  ki,  bunun  da  nəticəsi  olaraq son  illərdə  rayon  gənclərinin  hərbi  çağırışdan  yayınma  hallarına  yol  verilməmişdir. 2018-ci ildə də Azərbaycan Respublikası Prezidentinin   sərəncamlarına uyğun olaraq  həqiqi  hərbi  xidmətə  çağırışlar  vaxtında   yerinə  yetirilmişdir.
Hesabat  dövründə  rayon  ərazisində  cinayətkarlığa  qarşı mübarizə və ictimai  asayişin  qorunması  istiqamətində  müvafiq tədbirlər həyata keçirilmiş, qanun pozuntularının qarşısının vaxtında alınması təmin olunmuşdur.  2018-ci  ildə rayonda 69  cinayət  hadisəsi qeydə alınmış, qeydiyyatda olan cinayət hadisələrindən 59-nin və ya 85,5 faizinin açılması  təmin edilmiş, 10 cinayət hadisəsi bağlı qalmışdır. 2017-cı ildə bu göstərici 90,8 faiz olmuşdur.  Hesabat ilində  rayon  Polis  şöbəsi  tərəfindən  narkotik vasitələrin  qanunsuz  dövriyyəsi  ilə  bağlı  aparılmış əməliyyat - axtarış  tədbirləri nəticəsində iki  cinayət  fakt  aşkar  olunmuş  və  həmin  faktlar  üzrə aşkar edilmiş narkotik  vasitələr  dövriyyədən çıxarılmışdır. Qeyd edək ki, ötən il  iki cinayət və bir inzibati  fakt aşkar olunmuşdur.
2018-ci ildə  Samux  Rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə  528 (587)  ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur  ki, bu da 2017-ci ildəkindən 59 müraciət və ya 10,1 faiz azdır. Daxil olmuş müraciətlərdən 215-i (249)  yerli  sakinlərdən, 313-ü (338)  isə respublikanın   yuxarı  təşkilatlarından daxil olmuşdur.
Respublikanın  yuxarı  təşkilatlarından  daxil  olmuş    müraciətlərin  təhlili  göstərir   ki,  onlardan 226-sı ərizə, 87-i  şikayət xarakterli olmuşdur.  Vətəndaşlardan  daxil  olmuş  müraciətlərin 196-ı ərizə,  19  müraciət  şikayət xarakterli olmuşdur. İl ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Müsbət haldır ki, rayonumuzda vətəndaşlara qarşı münasibətdə məmurlar tərəfindən kobudluq  halları qeydə alınmamışdır. Bununla bərabər vəzifəsindən asılı olmayaraq hər bir məmur vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı və onların üzləşdikləri problemlərin arada qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
Yerli icra hakimiyyətlərində operativ idarəetmənin təşkili üçün video müşavirə  otaqları yaradılmışdır ki, bu da yerlərə operativ tapşırıqların verilməsini təmin edəcəkdir. Hazırda rayon icra hakimiyyətində və 5 inzibati ərazi dairəsində bu cür otaqlar yaradılmışdır. Eyni zamanda rayon İcra hakimiyyətinin internet saytı yaradılmışdır. Burada vətəndaşlar  onlayn  müraciət  etmək imkanına malikdirlər.
2018-ci ildə rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonun hüquq  mühafizə  orqanlarının  və xidmət  təşkilatlarının  rəhbərləri  ilə birgə həftədə bir dəfə olmaqla  rayonun bütün yaşayış məntəqələrində səyyar  qəbul-görüşlər keçirilmişdir. İl ərzində keçirilən 44  səyyar  qəbul-görüşlərdə  5976  nəfər  iştirak etmişdir.  Səyyar   qəbullar zamanı vətəndaşlar tərəfindən 132 şikayət və təklif daxil olmuşdur ki, onlardan da 110 və ya 83,3 faizi həll edilmiş,  22 və ya  16,7 faizi  hazırda icradadır. Onlardan 5-nin  həlli ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır.
Rayonun şəhər, qəsəbə  və kəndlərində mülkiyyət  formasından asılı olmayaraq vətəndaşların müraciətlərinin  operativ həll edilməsi üçün Samux  Rayon  İcra Hakimiyyəti başçısının   01 aprel  2014-cü il  tarixli  28 saylı  sərəncamı ilə  275-19-74 nömrəli  telefon xətti ilə  “Qaynar  xətt” əlaqə mərkəzi  yaradılmışdır.
2018-ci ildə  “Qaynar xətt ” əlaqə mərkəzinə 156 müraciət  daxil olmuşdur ki, bu müraciətlərdən 42-i dərhal   həll edilmiş, 110-ü həftə  ərzində həll edilmiş,  4 müraciət isə  əsassız  hesab edilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kadrların hazırlanması, ehtiyat kadr bazasının yaradılması istiqamətində müvafiq işlər aparılır. Kadrların yerləşdirilməsində gənclərə üstünlük verilir. Ehtiyat  kadrların  formalaşması  qanunçuluq, bərabərlik,  şəffaflıq və aşkarlıq  prinsipləri  əsasında  təşkil  edilir. 
2017-cı ilin yekununa dair rayon  İcra Hakimiyyəti  başçısının hesabatında 6, qəsəbə və kənd icra nümayəndəliklərində keçirilmiş hesabat yığıncaqlarında isə yerli əhali tərəfindən 92 müraciət səslənmişdir ki, onlardan da 75-i öz həllini tapmış, 14-i isə icradadır. 3 müraciət  əsasız hesab edilmişdir.
2018-ci ilin yekunu ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqlarında 86 müraciət və təklif irəli sürülmüşdür ki, onların həlli ilə əlaqədar görüləcək işlər  2019-ci ilin tədbirlər planına salınmış və gələcəkdə öz həllini tapacaqdır.
2019-cu  ildə qarşımızda  yerinə  yetiriləsi  daha  böyük  vəzifələr  durur. Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  Nazirlər  Kabinetinin  2018-ci  ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına  və qarşıda duran vəzifələrə  həsr  olunmuş  iclasında və Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı  proqram  xarakterli nitqlərində  qarşıya  qoyduğu  vəzifələri  yerinə  yetirmək  üçün bütün imkanlarımızı səfərbər etməliyik. 
Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  29 yanvar 2019-cu il tarixli Fərmanı  ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında  2019-cu il üçün nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilməlidir.
Eyni zamanda cari ildə  şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması işlərinə başlanması gözlənilir.  Rayonun Sərkar kənd orta məktəbi üçün 800 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 1000 şagird yerlik, Çobanabdallı kəndində 600 şagird yerlik  yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi  həyata keçirilməlidir.
Cari ildə rayonumuzda müasir tələblərə cavab verən xəstəxana kompleksinin tikiləcəkdir. Artıq bununla bağlı sənədləşmə işlərinə başlanılmışdır.
2019-ci ildə rayonun şəhər, qəsəbə və kəndlərində  yeni  uşaq bağçalarının inşa edilməsi və əsaslı təmir olunması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün  fərdi evlərin tikilməsi,  səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri ilə bağlı tərəfimizdən  işlər aparılır.
Eyni  zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdən biridir.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsinin sürətləndirilməsidir.
Əhalinin məşğulluğunun təmin olunması üçün    yeni  istehsal  və  emal  müəssisələrinin yaradılması istiqamətdə işlər görülür.
Ölkə başçısı tərəfindən 2019-cu ilin “Nəsimi İli”  elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Bu il Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasını 650 ili tamam olur. Bu əlamətdar hadisənin  layiqincə qeyd edilməsi  istiqamətində müvafiq işlər görülməlidir.
Ümumiyyətlə  2019-cu ildə   rayonda daha  böyük layihələrin həyata keçirilməsi gözlənilir.

Keçidlər