Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalıya Ədalət " devizi altında Heydər Əliyev Mərkəzində tədbir təşkil olundu.

25 fevral 2019 | 16:00

Gənclər və İdman İdarəsi və  Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsi ilə əlaqədar tədbir  təşkil olundu. Tədbir "Xocalıya Ədalət " devizi altında Heydər Əliyev Mərkəzinin inzibati binasında təşkil olundu. Tədbirdə çıxış edənlər Xocalı faciəsi barədə şagirdlərə  geniş məlumat verdilər. Xocalı faciəsinin  bəşər tarixinin ən qanlı səhifələrindən olduğu deyildi. Qeyd edildi ki , Xocalı faciəsi ilə bağlı tədbirlər bütün dünyada  mütəmadi olaraq təşkil olunur və məqsəd bu faciəni bütün dünyada tanıtdırmaq, bu faciyəyə hüquqi müstəvidə qiymət verilməsidir. Sonda Xocalı faciəsi ilə bağlı  maarifləndirici videoçarx nümayiş edildi.

Keçidlər