Samux rayon İcra Hakimiyyəti başçısının rayonun Bağmanlar kəndində səyyari görüşü keçirilmişdir
25 dekabr 2013 | 16:00
24 dekabr 2013-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Bağmanlar kəndində kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən 4 təklif və rəy irəli sürüldü ki, bu rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanlara yerindəcə müvafiq tapşırıqlar verildi.