Samuxda əsas kapitala qoyulan investisiyanın 96 faizi istehsal təyinatlı olub
Ötən il Samux rayonuna yatırılan investisiyaların həcmi 37940,7 min manat olub.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sənaye sahəsinə 4592 min manat, nəqliyyat və anbar təsərrüfatına 9350 min manat, kənd təsərrüfatına 21765,4 min manat, ictimai iaşəyə 600 min manat və sosial sahəyə 1633,3 min manat investisiya qoyulub.
Qeyd edilib ki, əsas kapitala qoyulan investisiyanın 36307,4 min manatı və ya 95,7 faizi istehsal təyinatlı, 1633,3 min manatı və ya 4,3 faizi isə qeyri-istehsal təyinatlıdır. 22600,7 min manat əsas fondlar istifadəyə verilib. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 1607,7 min manat olan 5742 kvadratmetr mənzil tikilib. Əsas kapitala yönəldilmiş sərmayənin 15217,4 min manatı və ya 40,1 faizi dövlət büdcəsindən, 14447,7 min manatı və ya 38,1 faizi əhalinin şəxsi vəsaiti hesabına, 8275,6 min manatı və ya 21,8 faizi isə müəssisələr tərəfindən yönəldilib.
Samux, 14 fevral, Rauf Hacıyev, AZƏRTAC