Samuxda məhsul buraxılışının 48 faizi kənd təsərrüfatının payına düşüb
14 fevral 2019 | 16:00
Keçən il Samux rayonu üzrə məhsul buraxılışının həcmi 168586,3 min manat olub ki, bu da 2003-cü ildən bəri ən yüksək göstəricidir.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul buraxılışı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4971,1 min manat və ya 3 faiz çox olub.
Buraxılan məhsulun 80933,6 min manatı və ya 48 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşüb. 2017-ci ilə nisbətən məhsul buraxılışı sənaye üzrə 25,7 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 2,3 faiz, informasiya və rabitə üzrə 8,6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə isə 1,8 faiz çox olub.
Samux, 14 fevral, Rauf Hacıyev, AZƏRTAC