Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda məşğul əhalinin 16800 nəfəri kənd təsərrüfatı sahəsində çalışır

15 fevral 2019 | 16:00

Ötən il ərzində Samux rayon iqtisadiyyatında muzdla çalışan işçilərin faktiki orta sayı 5714 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 19 759 902,7 manat olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı fondunun məbləği 288,2 manat, əvvəlki ilin müvafiq dövründə isə 280,2 manat təşkil edib. Orta aylıq əməkhaqqı 2017-ci ilə nisbətən 2,9 faiz artıb.
Rayon üzrə məşğul əhalinin sayı 2019-cu il yanvar ayının 1-nə 31100 nəfər olub. Bu əhalinin 16800 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1500 nəfəri emal sənayesində, 800 nəfəri tikintidə, 3400 nəfəri ticarət, nəqliyyat vasitələrinin təmirində, 700 nəfəri nəqliyyat və anbar təsərrüfatında, 500 nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 2200 nəfəri dövlət idarəetməsi və müdafiə, sosial təminatda, 2300 nəfəri təhsildə və digər sahələrdə fəaliyyət göstərir.
Samux, 15 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər