Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

12 fevral 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı   kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Çobanabdallı  kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi   kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Süleymanov Nəsib Mahmud oğlu  yeni yaşayış massivinə qaz xəttinin  çəkilməsini  xahiş etdi.
  2. Məmmədov Xəyal İlqar oğlu  baş su arxlarının işlənilməsinə köməklik göstərilməsini xahiş etdi.
  3. Şabanova Bahar Məmməd qızı subartezan quyusunun təmir edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər