Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Milli mənəvi dəyərlərin təbliği " mövzusunda seminar keçirilib

08 fevral 2019 | 16:00

Samuxda 8 fevral 2019-cu il tarixində  Milli Mənəvi Dəyərlərin Təbliği Fondu, Samux Rayon İcra Hakimiyyətinin və Samux şəhər müsəlmanları dini icmasının birgə təşkilatçılığı ilə Samux rayon Füzuli kəndində “Milli mənəvi dəyərlərin təbliği " mövzusunda seminar  keçirildi.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları, Samux şəhər müsəlmanları dini icmasının sədri və imamı Məmmədov İlham, Füzuli kənd ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak etmişlər.
Ölkəmizdə dövlət-din münasibətləri və xalqımızın milli-mənəvi dəyərlərindən danışan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev   Azərbaycanın dövlət-din modelinin bütün dünyaya nümunə olduğunu qeyd edib.
Samux şəhər müsəlmanları dini icmasının sədri və imamı Məmmədov İlham  çıxışında vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu uzaqgörən və məqsədyünlü siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbrin sonunda tədbir iştirakçılarına  milli-mənəvi dəyərləri təbliğ edən kitabçalar paylanılmışdır

Keçidlər