Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

05 fevral 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli  kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Füzuli  kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi   kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Yadigarova Rəna Alışan qızı  evinin qarşısındakı ellektrik dirəyinin qəzalı vəziyyətdə olmasını bildirdi və  yenisi ilə əvəz edilməsini xahiş etdi.
  2. Tağıyev Fidayıl Mədət oğlu  Füzuli kəndi ərazisində əhaliyə verilən qaz təziqinin az olmasını bildirdi və qaz təziqinin təziqin artırılmasına  köməklik göstərilməsini xahiş etdi.
  3. Quliyeva Arifə Teymur qızı  elektrik naqillərini yeni özünü daşıyan izolyasiya naqilləri ilə əvəz edilməsini   xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər