Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda yaşıllıqların salınması və təmizlik abadlıq işləri davam etdirilir

24 dekabr 2013 | 16:00

Samux rayonunda yaşıllıqların salınması və təmizlik abadlıq işləri aparılması istiqamətində son iki ildə həyata keçirilən və artıq ənənə şəkilini alan iməclik bu gün də davam etdirilir. 2013-cü ilin son günlərində rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, sahibkarlar və sakinlərin əksəriyyəti ümumrayon iməcliyində fəal iştirak etmişdirlər.
Bu gün Samux şəhərində eləcə də rayonun bütün qəsəbə və kəndlərində əsas magistral yollarının kənarlarında yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqlara qulluq və təmizlik işləri aparılmışdır. Yaşıllıq zolaqlarının artırılması məqsədi ilə 5000 ədəd yeni ting əkilmiş, ətrafında kol kosların təmizlənməsi və məişət tullantılarının yığılması təmin edilmişdir. Dünaya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı ərəfəsində Samux rayonunda  təmizlik abadlıq işlərinin  aparılması daha da gücləndirilmiş, rayon mərkəzinin  bayram atributları ilə bəzədilməsi həyata keçirilmişdir.

Keçidlər