Samux rayon İcra Hakimiyyəti başcısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2018-cı ilin yekununa və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu sahəsində geniş miqyaslı islahatlar nəticəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata kecirilməsi ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarı ilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlamış ,əhalinin ərzaq məsullarının təlabatını, yerli istehsal hesabına ödənilməsinə böyük önəm vermişdir.
Respublikamızda 2018-ci il uğurlu il olmuşdur.Bu uğurlardan ən böyüyü 11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkisi olmuşdur. 11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkisində Respublikamızın hər bir yerində olduğu kimi Samux rayon və eləcədə Samux şəhərin sakinləri məntəqələrə gələrək öz layiqli namizədinə səs vermişdir. Əhalinin cənab Prezidentimizə olan inam və dəstəyi nəticəsi olaraq cənab Prezidentimiz İlham Əliyevə səs verərək növbəti dəfə Prezident seçmişlər.
Cari ildə keçirilən seçki ərəfəsində Samux şəhər nümayəndəliyi tərəfindən seçicilərin siyahılarının dəqiqləşməsində və digər işlərdə yaxından iştirak etmişdir.
Hesabat ilində Respublikanın digər regionlarında olduğu kimi Samux rayonunda və həmçinin Samux şəhərindədə geniş abadlıq və quruculuq işləri aparılmışdır.
Samux şəhərində 2762 təsərrüfatda 10934 nəfər əhali yaşayır, o cümlədən məcburi köçkün ailələrində 466 nəfər yaşayır və 216 nəfər müvəqqəti qeydiyyatdadır.
Şəhər İnzibati Ərazi Dairəsi 3386 hektar torpaq sahəsini əhatə edir ki, onun da 648 hektarı bələdiyyə, 195 hektarı dövlət və 2542 hektarı isə xüsusi mülkiyyətdədir. Şəhərin əhalisi 10934 nəfər təşkil edir ki, onlardan da 6450 nəfəri əmək qabiliyyətlidir. Əmək qabiliyyətli əhalinin təxminən 2200 nəfər dövlət müəssisələrində, sosial obyektlərdə, təhsil səhiyyə, mədəniyyət sahələrində, 280 nəfəri ticarət və ictimai iaşə sahələrində, qalan hissəsi isə fərdi təsərrüfatlarda çalışır.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir ki, bu səbəbdən də şəhər əhalisinin bir hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Prezidentinin kənd təsərrüfatının inkişafına kömək məqsədi ilə imzaladığı müvafiq sərəncamdan sonra şəhər əhalisi arasında kənd təsərrüfatı məhsullarının istehsalına maraq daha da artmışdır. Belə ki, 2018-ci ildə nümayəndəliyin ərazisində 185 hektarda 629 ton buğda, 362 hektarda 123 ton arpa, 49 hektarda 2195 ton qarğıdalı, 385 hektarda, 808,5 ton günəbaxan, 38 hektarda 1032 ton şəkər çuğunduru, 73 hektarda 925 ton tərəvəz, 25 hektarda 300 ton bostan bitkiləri, 136 hektarda 1271 ton meyvə, istehsalı olmuş ki, bu da əvvəlki illərdən təxminən 1,2 dəfə çoxdur.
Kənd təsərrüfatı ilə məşğul olan əhalini maraqlandıran ən vacib məsələlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təmin olunmasıdır. Hesabat dövründə nümayəndəlik bələdiyyə ilə birlikdə bu sahədə qarşıya çıxan problemlərin təxirə salınmadan həll edilməsi üçün il ərzində rayon Suvarma Sistemləri İdarəsi ilə birgə fəaliyyət göstərmiş, subartezian quyularının, suvarma kanallarının işlək vəziyyətdə saxlanılması üçün lazımi tədbirlər görmüşlər. Şəhər ərazisində 73 subartezian quyusu və 2 elektrik nasosu əhalinin istifadəsindədir. Rayon rəhbərliyinin yaxından köməyi nəticəsində subartezian quyuları daim işlək vəziyyətdə olmuş, 2 subartezian quyusu qazılıb istifadəyə verilmiş, buda əkin sahələrinin vaxtında suvarılıb bol məhsul əldə olunmasına səbəb olmuşdur. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün rayon rəhbərliyinin köməyi ilə 610 m uzunluğunda su xətti və 25 m uzunluğunda su otrucu boru çəkilmişdir.
Nümayəndəlik Kommunal Təsərrafatı İstehsalat Birliyi idarəsi ilə birlikdə şəhər daxilində və ətrafında daimi olaraq təmizlik abadlıq işləri aparır.
2018-ci ildə şəhər əhalisinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, sakinlərin elektrik enerjisinə, təbii qaza və içməli suya olan tələbatının lazımi səviyyədə ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Əhali maye qazdan, elektrik enerjisindən və telefon xidmətindən fasiləsiz olaraq 24 saat istifadə edir. Elektrik enerjisindən istifadə edən abonentlərin sayı 2167 olmuş və il ərzində 37 ailəyə yeni elektrik xətti çəkilmişdir. Qazdan istifadə edən abonentlərin sayı 2152 olmuş və il ərzində 78 ailəyə yeni qaz xətti çəkilmişdir. Şəhər ərazisində 1650 ailəyə telefon xətti, 449 ailəyə isə sürətli internet xidməti göstərilir. TKQ tərəfindən yeni yaşayış massivlərinə xətlər çəkilərək 35 ailəyə telefon çəkilmişdir.
Şəhər icra nümayəndəliyi QİS, PEŞ və Su Kanal İdarəsi ilə daimi əlaqə saxlayaraq kommunal xidmət haqlarının yığılmasında fəallıq göstərərək, yığım faizinin yüksək olması üçün köməklik göstərmişdir.
Nümayəndəliyin ərazisində 3 orta məktəb, 6 uşaq baxçası var. Il ərzində nümayəndəliyin işçiləri məktəblər və uşaq bağçaları ilə daim əlaqə saxlamış, bu təşkilatlara kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına nail olmuşlar.
Elçin Məmmədov küçəsində beton arxlar çəkilmiş, yollara asfalt döşənmişdir.
Samux şəhər 20 Yanvar, Göy-göl küçəsi, Qalalı küçəsi H.Əliyev dalan1, Eltun Əhmədov, Elçin Məmmədov döngə 1, asvalt salınmışdır, 6 küçəyə qum-çınqıl tökülərək hamarlanmışdır.
Bütün nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası xüsusi rol oynamışdır. Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayevin rəhbərliyi altında rayonumuzda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri nəticəsində rayonumuzun siması, xüsusilə rayonun mərkəzinin siması əsaslı şəkildə dəyişmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında 24 noyabr 2003-cü il tarixli Fərmanının 7-ci bəndinə əsasən yerlərdə vətəndaşların ərizə və şikayətlərinə baxılması və onların haqlı tələblərinin təxirə salınmadan həll olunması üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, il ərzində vətəndaşlar tərəfindən 42 ədəd yazılı ərizə daxil olmuşdur ki, həmin ərizələrdə qaldırılmış problemlər müsbət həll olunmuşdur. Eyni zamanda hesabat ilində nümayəndəliyə ayrı-ayrı təşkilatlardan 54 ədəd məktub göndərilmişdir. Əhaliyə 3486 ədəd arayışlar və müxtəlif məsələlərlə bağlı 40 əmr verilmişdir. Şifahi qəbula gələnlər 31 nəfər olmuşdur.
Hesabat ilində gənclərin hərbi vətənəprvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir ki, bu da öz növbəsində çağırış yaşlı gənclərin hərbidən yayınması hallarının tamamilə aradan qaldırılmasına səbəb olmuşdur.
Gənclərin növbəti hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı bütün tədbirlər görülmüşdür. Gənclərin hərbi qeydiyyata alınması işi rayon Hərbi Komissarlığı ilə birgə həyata keçirilir.
Görülmüş işlərlə bərabər, 2019-cu ildə də qarşımızda böyük vəzifələr durur. Belə ki, cari ildə tikinti-quruculuq və abadlıq işlərini daha da sürətləndirməliyik. 2019-cu ildə şəhərin bir neçə küçəsində yenidənqurma işləri aparılmalıdır. Rayon İHB-sı cənab Alı Qocayevin yaxından köməkliyi və qayğısı sayəsində böyük həcmli iş olan şəhərin kanalizasiya sisteminin və mərkəzləşdirilmiş içməli su sisteminin qurulmasına, nail olmalıyıq. Eyni zamanda cari ildə şəhərin yeni salınmış yaşayış massivlərinə təbii qaz xətlərinin çəkilməsini başa çatdırmalıyıq.v