Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 2018-ci ildə fermerlərə 1 milyon 500 min manatdan çox subsidiya verilib

21 yanvar 2019 | 16:00

Ötən il Samux rayonunda kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə 7374 istehsalçı  20 min hektardan çox ərazidə əkin aparıb. Əldə edilən məhsul 2017-ci illə müqayisədə 60 faizdən çox olub. İl ərzində rayonda dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsullları istehsalçılarına bir başa olaraq 1 milyon 500 min manatdan çox subsidiya verilib. Subsidiyalar əsasən pambığın hər kiloqramına 10 qəpik, şəkər çuğundurunun 1 tonuna 4 manat, təkrar əkin üçün hər hektara 50 manat, hər arı ailəsinə görə 10 manat, eləcə də taxıl, yonca, qarğıdalı, günəbaxan və digər kənd təsərrüfatı məhsullarına görə verilib. Bundan başqa il ərzində dövlət pulsuz olaraq samuxlu fermerləri  kübrə, dərman, yancaq və sürtgü materialları ilə də təmin edib.
Rahil Həsənov Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru:  “Güzəştli mineral gübrələrin, zəhərli kimyəvi maddələrin verilməsi də bizim istehsalçılara dövlət tərəfindən olan dəstəyin bir hissəsidir. Bu dövlət dəstəyində texnikalara verilən 40 faizli güzəşt də çox böyük bir rəqəmdir. Bütün bunlarda kənt təsərrüfatı istehsalçılarının daha həvəslə işləməsinə gətirib çıxardır.”
Elnur Vahidoğlu

Keçidlər