Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “20 Yanvar faciəsinin 29-cu ildönümü” ilə bağlı tədbir keçirildi.

19 yanvar 2019 | 16:00

Samux rayonunda  “20  Yanvar faciəsinin 29-cu ildönümü” ilə bağlı  tədbir keçirildi. YAP Samux rayon təşkilatının akt zalında keçirilən tədbir Qanlı yanvar faciəsinə həsr olunmuş filmin nümayişiilə başladı. Daha sonra tədbiri açıq elan edən Samux rayon İcra Hakimiyyətinin başçısı,  cənab Alı Qocayev  bir  dəqiqəlik sükutla şəhidlərin xatirəsinin   yad edilməsini təklif etdi.
YAP Samux rayon təşkilatının təlimatçısı  Emil Şəmmədov çıxış edərək hadisələrin bir başa Azərbaycan xalqının milli-azadlıq yolunda mübarizlik və dözümlülük iradəsinin qırılmasına yönəldiyi bir zamanda  ilk dəfə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verdiyini bildirdi.
Daha sonra çıxış edən Samux şəhər 3 saylı tam orta məktəbin müəllimi Cabbarova Gülarə və İnstitut qəsəbə tam orta məktəbin müəllimi Namazova Züleyxa da çıxışlarında qeyd etdilər ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciəni respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd ediləcəkdir.

Keçidlər