Heydər Əliyev dünya azərbaycanlılarının lideridir.
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.Məlum olduğu kimi müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anım günü ölkə miqyasında keçirilməkdədir. Məhz bu qəbildən olan tədbirlərdən biri də 10 -11dekabr 2013-cü il tarixində Samux rayon İcra Hakimiyyətinin təşəbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilmişdir. “Azərbaycan üçün yaşanan ömrün böyük anları”, “Heydər Əliyev dünya azərbaycanlılarının lideridir” mövzularında dəyirmi masalar elmi praktik konfranslar təşkil edilmişdir. Tədbir ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.