Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibəti ilə Samux rayon İcra Hakimiyyəti və Azərbaycan Televiziyasının birgə hazırladığı bayram konserti
01 oktyabr 2011 | 15:00
01 oktyabr 2011-ci il tarixində keçirilən Bayram konsertində rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev və onun aparatı, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Samux rayonundan deputat seçilmiş cənab Valeh Ələsgərov , rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon sakinləri iştirak edirdilər.
Tədbirdə Azərbaycanın xalq artistləri Mənsum İbrahimov, Zaur Rzayev, Aygün Bəylər, Mələkxanım Əyyubova, Mübariz Tağıyev, Əməkdar artistlər İzzət Bağırov, Aşıq Samirə və başqaları geniş konsert proqramı ilə çıxış etdilər.